Yuxarı

Saakaşvili partiyasının öldürülən üzvündən yazdı – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili partiyasının Kiyevdə öldürülən üzvü David Kipianinin şəkilini paylaşaraq, ürək sözlərini yazıb.

"Axar.az"ın məlumatına görə, Saakaşvili rəsmi Feysbuk səhifəsinə onun Ukraynanın azadlığı və demokratiyası uğrunda həlak olduğunu bildirib. David Kipianin Kiyevdə iki güllə yarası ilə öldürüldüyünü deyən Saakaşvili qeyd edib ki, Ukraynaya son səfərində onunla və onun dostları ilə görüşüb: "Mən onlarla Kiyevdə görüşdüm, amma maliyyə yardımı edə bilmədiyimə görə özümü indi qınayıram. Dato mənim sədr olduğum Milli Birlik Hərəkatı pariyasının üzvü idi. Deyirlər ki, biz bu işlərə qarışmamalıyıq, ancaq əmin olun ki, Gürcüstanın taleyi həm də Maydanda həll olunur. O məkanda ki, Rusiya İmperiyası mütləq çökəcək. Datonun nədən Kiyevə gəldiyini anlamağımız üçün ukraynalı qardaşlarımızın də Gürcüstana səfərlərini öyrənməmizlə cavab vermək mümkündü".

Saakaşvili bildirib ki, bir gün öncə qətlə yetirən jurnalist Yuri Verebiçki də Gürcüstanı müdafiə etməklə Abxaziya uğrunda mübarizə aparıb: "Hər kəs Abxaziya müharibəsini yaxşı xatırlayır, ukraynalı döyüşçülərin kiçik tarixini yaxşı bilirlər. Ruslar tərəfindən mühasirəyə alınmış gürcü hərbçiləri qorxub geri çəkilməsin deyə, onlar ucadan qışqıraraq, dəstək verirdilər. O vaxt ukraynalılar Gürcüstan uğrunda savaşırdılar, bu dəfə isə Dato Ukrayna uğrunda həlak oldu".

Tarix
2014.02.22 / 00:18
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla