Yuxarı

Azərbaycan uşaqları nə vaxt yerli cizgi filmlərinə baxacaq?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda uşaqlar demək olar ki, ancaq Türkiyə telekanallarında nümayiş olunan xarici cizgi filmlərini izləyirlər. Bu daha çox onunla bağlıdır ki, ölkə daxilində istehsal olunan cizgi filmləri qıtdır.

"Axar.az" olaraq bu mövzu ətrafında araşdırma aparmaq üçün "Azanfilm" şirkətinin rəhbəri Fariz Mehdiyevlə əlaqə saxladıq.

Kommersiya maraqları milli maraqları üstələyir

Fariz Mehdiyev bildirdi ki, yerli cizgi filmlərinin az olması kanal sahiblərinə daha asan yolu seçməyə imkan verir.

"Bu zaman daha çox texniki baxımdan effektli olan xarici cizgi filmlərinə üstünlük verilir. Burada kommersiya maraqları milli maraqları üstələyir",- deyən şirkət rəhbəri onu da qeyd etdi ki, ümumiyyətlə, incəsənət tərbiyələndirmək funksiyasını həyata keçirir. Animasiya filmləri isə bu sahədə müstəsna rol oynayır. Burada əlbəttə, valideyn məsuliyyətini də qabartmaq yerinə düşərdi. Yəni valideyn də uşağın xarici cizgi filminə çox tamaşa etməsinə şərait yaratmamalıdır.

Sovet dövründə təhsil almış insanlar

Bu sahədə digər problemlərə diqqət çəkən Fariz Mustafayev "Azanfilm" studiyasının Azərbaycanda animasiya filmlərinin istehsalı ilə məşğul olan dövlət studiyası olduğunu bildirdi: "Mədəniyyət və Turizm Nazirliyi ildə 2-3 filmin istehsalı üçün maliyyə vəsaiti ayırır. Daha çox filmin istehsalına həm maliyyə çatmır, həm də kadr çatışmazlığı var. Bu gün Azərbaycanın heç bir təhsil ocağında animator yetişdirilmir. Peşəkar animatorların əksəriyyəti sovet dövründə təhsil almış insanlardır. İlk növbədə kadr problemini həll etmək lazımdır . Bunun üçün kurslar açmaq və bu sahədə çalışan insanları müxtəlif ölkələrə təhsil almağa göndərmək lazımdır.

Fariz Mustafayev hazırda "Azanfilm" studiyasının bir illik animasiya kurslarının keçirilməsi üçün konsepsiya hazırladığını bildirdi. Program hazır olduqdan kursların təşkili üçün maliyyə vasaitinin axtarışına başlanılacaq.

Sifarişçisi təkcə dövlət deyil

Həmsöhbətimiz son olaraq onu qeyd etdi ki, dünyanın əksər ölkələrində animasiya filmlərinin sifarişçisi təkcə dövlət deyil. "Eyni zamanda tv kanallarının da günahı var. Çünki hər bir kanalın ən azı bir animasiya qrupu olmalıdır ki, yerli animasiya filmlərinin istehsalı ilə məşğul olsun".

Tarix
2014.02.21 / 23:40
Müəllif
Lalə Novruzlu
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla