Yuxarı

Sabirabadda orta məktəbin ərazisində yanğın

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonu, Hacıbəbir kəndində Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində ümümi sahəsi 50 kv.m olan taxta və qamışdan ibarət yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

"Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub. Yanğın saat 22:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bərdə rayonu, Şirvanlı kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının və aynabəndinin yanar konstruksiyaları 52 kv.m sahəhə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 14 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın hadisələri zamanı xəsarət alan olmayıb.

Tarix
2014.02.21 / 08:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla