Yuxarı

Leyla Əliyeva "Sözlər"də - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 20-də Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan rəssamı, insanı ifadəliliyi və fəlsəfi dərinliyi ilə heyrətə gətirən işıq və kölgələrdən ibarət qeyri-adi installyasiyaların müəllifi Rəşad Ələkbərovun "Sözlər" adlı fərdi sərgisi açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

Dövlət və hökumət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı sərginin açılış mərasimində "YARAT" Müasir İncəsənət Məkanının rəhbəri, rəssam Aida Mahmudova qeyd edib ki, Müasir İncəsənət Muzeyi yeni ilə istedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərlərinin sərgisi ilə başlayıb. Məryəmin fərdi sərgisi böyük uğurla keçib.

Aida Mahmudova yeni sərgi haqqında məlumat verərək deyib ki, Rəşad Ələkbərovun işləri müəllifin daxili enerjisini, düşüncələrini əks etdirir. O bildirib: "Rəşad Ələkbərovun qızıl əlləri, dərin təfəkkürü, hərarətli qəlbi vardır. O, çox şeyə qadirdir. Rəngkarlıqdan başlayaraq installyasiyalara qədər onun bütün işləri uğurludur".
Qeyd olunub ki, işıq və kölgə vasitəsilə yaradılan installyasiyalar möhtəşəmdir. Bununla yanaşı, ən vacib olan onların texniki mükəmməlliyi deyil, məhz mənanın dərinliyi və müəllifin təxəyyül gücüdür.

Aida Mahmudova sərginin təşkilində əməyi olan hər kəsə, o cümlədən Müasir İncəsənət Muzeyinin kollektivinə təşəkkürünü bildirib.

Sonra sərgiyə baxış olub.

Sərgidə rəssamın 5 əsəri nümayiş olunur. Bunlardan "Ümid" və "Məqsəd" adlı əsərləri avtoportretdir. Digər əsərləri isə "Mənə incəsənət göstər", "Hər parıldayan qızıl deyil" və "Haradan gəlib, hara gedirsən?!" adlanır.

Rəşad Ələkbərov 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını dekorativ sənət ixtisası üzrə bitirib. O, 2007-ci ildə Azərbaycanı 52-ci Beynəlxalq Venesiya Biennalesində təmsil edib. Ötən ilin yazında isə rəssamın "Lost in translation. This too shall pass" ("İtmiş. Bu da keçəcək") adlı əsəri Venesiya Biennalesində "YARAT" Müasir İncəsənət Məkanının pavilyonunda sərgilənib (ANS).

Rəşad Ələkbərovun Müasir İncəsənət Muzeyindəki fərdi sərgisi martın 20-dək davam edəcək.

Tarix
2014.02.21 / 00:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla