Yuxarı

ABŞ-dan Türkiyəyə ciddi xəbərdarlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibinin sözcüsü Mari Harf Türkiyə prezidenti Abdullah Gül tərəfindən təsdiqlənən "internetdə senzura" qanunu ilə bağlı olan mövzuya münasibət bildirib.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mari Harf yeni internet yasağının mənfi təsirlərindən danışıb:

"Bu qanun ciddi bir şəkildə ifadə və mətbuat azadlığını, internet vasitəsilə məlumata yiyələnmə prosesini məhdudlaşdıran potensiala sahibdir. Bu qanunun eyni zamanda Türkiyənin iş və sərmayə mühitinə də mənfi təsirinin olacağına inanırıq".

Sözcü Harf Vyanadan telekonfrans yoluyla təşkil etdiyi brifinqdə mövzuyla əlaqəli sualları cavablandırıb. Daha sonra xanım Harf ölkə prezidenti Gülün imzaladığı qanunla əlaqədar Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) narahatlıqlarının bundan əvvəl də vurğulandığını xatırladıb:

"Biz Türkiyədən, ifadə azadlıqları ilə azad və müstəqil medianı müdafiə etməsini gözləyirik".

Tarix
2014.02.20 / 18:15
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla