Yuxarı

Krım müstəqil olmağa hazırlaşır - Rusiyanın tərkibində

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krımda yollar boyunca Maydan əleyhinə şüarlar yerləşdirilib.

"Axar.az" xəbər verir ki, bu informasiyanı "Azadliq.org" yayıb.

Sayt küçələrdə adları bəlli olmayan qeyri-hökumət təşkilatları tərəfindən bu posterlərin yerləşdirildiyini yazıb. Posterlərə "Stop Maydan", "Ekstremizmə yox" şüarları həkk edilib.

Radio həmçinin artıq Krım muxtariyyəti rəhbərliyinin Ukraynanın tərkibindən ayrılmaq planlarının olduğunu da bildirib. Hətta rəhbərlik Krımın Rusiyaya 99 illik icarəyə verilməsini də istəyib.

Ukraynalı politoloqlar isə məsələ ilə bağlı "Axar.az"a açıqlamalarında məsələnin yalnız zamanla əlaqədar olduğunu deyiblər. Onlar ölkənin cənubunda aktivliyin çox aşağı olduğunu söyləyiblər. Ekspertlər həmçinin cənubun Maydana qarşı münasibətinin hakimiyyət dəyişəndən sonra tamamilə yox olacağını qeyd ediblər. Krımda Maydan əleyhinə mitinqlərin keçirilməsinə gəlincə isə, bunun Krım rəhbərliyindən verilən maliyyənin və əmrin əsasında mümkün olduğu bəlli olub.

Politoloqlar Krımda xalqın Maydanı müdafiə etməmələrinə əsas səbəb kimi müxalifət liderlərinin onlara lazımi diqqət ayırmamalarının olduğunu deyiblər.

Qeyd edək ki, son vaxtlar Krımla bağlı münasibətlər kəskinləşib. Bölgənin sırf Ukraynadan ayrılması üçün müəyyən tədbirlərin həyata keçirildiyi şayiələri yayılıb. Bununla yanaşı "boz kardinal" ləqəbli Vladimir Surkovun da bölgəyə gəlişi siyasi vəziyyəti xeyli çətinləşdirib. Ekspertlər Rusiyanın Qara dənizdə qüvvəsini saxlamaqdan ötrü Krımı əldən verməyəcəyini, hətta yeri gəlsə, hərbi donanmasının gücündən də istifadə edəcəyini söyləyirlər.

Tarix
2014.02.20 / 15:47
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla