Yuxarı

BDU-da aksiya: 3 tələbə saxlanıldı - Foto/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:47

Bakı Dövlət Universitetində keçiriləcək aksiya baş tutmayıb.

"Axar.az"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, artıq üç nəfər hüquq mühafizə orqanları tərəfindən həbs olunub.

Üç nəfərdən yalnız birinin adını müəyyənləşdirmək olub. Həbs olunan şəxsin adının Tamerlan Baxşıyev olduğu deyilir. Artıq universitetin həyətindən qonaqlar gəlir bəhanəsiylə hər kəs uzaqlaşdırılır. Müxbirimiz mediya nümayəndələrinin universitetin həyətindən mühafizəçilər vasitəsiylə çıxarılmağa başlanıldığını söyləyib.

***

13:57

Media nümayəndələrinin qarşısına çıxan universitetin rektoru Abel Məhərrəmov aksiya iştirakçıları tərəfindən etirazla qarşılanıb. O, tələbələrin problemlərinin həll olunacağını deyib. "Tələbələrin problemləri həll olunacaq. Burada çıxış edən insanlara diqqət etsəniz, onların əksəriyyətinin məhz buranın tələbələri olmadığını görərsiniz".

Müxbirimiz həmçinin universitetin girişlərinin aksiya ilə əlaqədar bağlanıldığını bildirib. Universitetin həyətindən uzaqlaşdırılan tələbələrin aksiyanı davam etdirmək üçün Elmlər Akademiyası metro-stansiyasının qarşısına üz tutduqları bildirilir.

Qeyd edək ki, universitet tələbələri Təhsil Nazirliyinin kəsrlərlə bağlı yeni qərarına etiraz edirlər.

Tarix
2014.02.20 / 13:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla