Yuxarı

Putin Ukraynanı ələ keçirmək üçün Yanukoviçə pul verib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin keçmiş köməkçisi Andrey İllarionov növbəti dəfə diqqət çəkən fikirlərlə çıxış edib.

"Axar.az"ın məlumatına görə, İllarionov hazırkı şok təsiri bağışlayan krizis ssenarisinin Putinin Ukraynanın bir hissəsini nəzarətə alacağına imkan yaradacağını bildirib.

O, əlavə edib ki, Soçidə Yanukoviçə söz verdiyi 2 miyardlıq avans müqabilində Putin təzyiq göstərmək istəyinə çatacaq: "Əlbəttə, pulun muqabilində Putin güc tətbiqini istəyib. Bu, o tələblərdi ki, dəfələrlə Jirinovski və Qlazyev kimi rusiyalı siyasilər dillərinə gətiriblər. Məsələnin detalları tək Putinlə Yanukoviç arasında deyil, həmçinin, Rusiayadan Ukraynaya gətiriləcək hərbi bölmə rəhbərləri ilə də müzakirə olunub".

İllarionovun sözlərinə görə, hazırda texniki məsələlərdən tutmuş ideyalara qədər, Putin Ukrayna prezidentinə dəstək olur: "Fikir verirsinizsə, meydanlardakı güc tətbiqi əvvəlki həftələrlə müqayisədə kifayət qədər fərqli səviyyədə həyata keçirilir. Əmin olmağınızı istərdim ki, Ukraynada vətəndaş müharibəsinin və anarxiyanın baş alması elə Putinin arzusudur. Unutmayın, nə qədər ki, Ukrayna iqtisadi böhrana sürüklənir, o qədər Putin udur. O, belə dəhşətli vəziyyətdə özününkü saydığı ərazilərin – Sevastopolun, Odessanın, Nikolayevin, Luqanskın, hətta bizim ağlımıza belə gətirmədiyimiz Ukraynanın digər ərazilərinin onun nəzarətinə keçməsi üçün baş sındırır".

Xatırladaq ki, 2 gün öncə Saakaşvili Ukrayna televiziyalarının birində canlı efirdə ikən ilk dəfə "2 milyard pul" razılaşmasını açıqlamış və Yanukoviçi kəskin tənqid etmişdi.

Tarix
2014.02.20 / 12:29
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla