Yuxarı

Sxinvali Moskvasız heç nə edə bilməz – Şərh

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sxinvalidəki bütün qərarların hər biri Moskva tərəfindən qəbul edilir".

Bu sözləri "Axar.az"a açıqlamasında gürcü ekspert, jurnalist İrakli Çikladze deyib.

O, Cənubi Osetiyanın gələcək taleyi ilə bağlı qərarların Moskvada veriləcəyini deyib:

"Cənubi Osetiya de-fakto bütünlüklə Moskvadan asılıdır və müstəqil qərar qəbul etmək səlahiyyətində deyil. Bu referendumun olub-olmayacağı heç bir əhəmiyyət kəsb etmir. Yekun qərarlar yenə də Moskvada qəbul ediləcək, Sxinvalidə yox. Bundan başqa bu bölgədə Rusiyanın tərkibinə qatılmağın əleyhdarı olanlarda var. Gürcüstan hakimiyyəti məncə, özü də yaxşı anlayır ki, Moskvanın icazəsi olmadan Sxinvali heç nə edə bilməz. Ona görə də bu cəhdlərin heç birini ciddi qəbul etmir".

Ekspert həmçinin yaxın müddətdə iki ölkə arasında münasibətlərin düzəlməsinə də ümid etmədiyini söyləyib:

"Gürcüstan və Rusiya arasında münasibətlər nisbətən yumşalıb. Tiflis artıq bunun üçün müəyyən işlər görüb. Amma Moskvadan buna qarşılıq heç bir şey müşahidə olunmayıb. Hətta Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina etməklə bağlı da heç bir iş görməyib. Ona görə də yaxın günlərdə münasibətlərin düzəlməsinə ümid etmək olmaz".

Qeyd edək ki, bir müddət öncə Cənubi Osetiyada Rusiyanın tərkibinə qatılmaq üçün referendum keçirilməsi istəkləri səslənmişdi.

Tarix
2014.02.20 / 08:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla