Yuxarı

Azay Quliyev Avropa Fondunun sədri ilə görüşüb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Polşanın Təhsil və İnkişaf üzrə Avropa Fondunun sədri Tomas Prjiçodzienlə görüşüb.

Şuranın mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, bir neçə il öncə də Azərbaycana səfər etdiyini və ötən qısa müddət ərzində sosial, iqtisadi sahədə baş verən dəyişikliklərin onu heyrətləndirdiyini bildirən Fond rəhbəri ölkəmiz haqqında zəngin təəssüratlara malik olduğunu qeyd edib. O, ölkəmizin yalnız iqtisadi cəhətdən inkişafının şahidi olmadıqlarını, eyni zamanda Avropa dəyərlərinə yaxından bağlı olduğunu müşahidə etdiklərini bildirib.

Şuranın dəstəyi ilə həyata keçirdikləri layihənin Azərbaycanın zəngin mədəniyyəti və müasir inkişafı haqqında məlumatların Polşa vətəndaşlarına çatdırılması baxımından fürsət olduğunu deyən T.Prjiçodzien bunun mədəniyyətlərarası dialoqun gücləndirilməsinə böyük təkan verəcəyini vurğulayıb.

Fondun nümayəndələri layihə çərçivəsində Azərbaycanın müxtəlif ərazilərində yerləşən muzeylərdə, mədəniyyət mərkəzlərində, tarixi-mədəni abidələrdə, qaçqın və məcburi köçkün qəsəbələrində, turizm bölgələrində çəkilişlər aparacaq və toplanan şəkillərdən ibarət sərgi təşkil edəcəklər.

Sərgi 150 gün ərzində Polşanın 10 böyük şəhərində nümayiş etdiriləcək, eyni zamanda ölkəmiz haqqında Polşanın aparıcı media orqanlarında məqalələr dərc olunacaq.

A.Quliyev Şuranın fəaliyyətində Azərbaycanın ərazi bütövlüyünün təminatı məsələsinin daima prioritet daşıdığını bildirərək bu istiqamətdə xarici QHT-lərlə əməkdaşlığa mühüm əhəmiyyət verdiklərini bildirib. Şura ilə Fond arasında ikitərəfli münasibətlərin inkişafı haqqında danışan A.Quliyev sərgi materialları içərisində qaçqın və məcburi köçkünlərin həyatının hərtərəfli işıqlandırılmasının vacibliyini vurğulayıb.

Tarix
2014.02.19 / 19:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla