Yuxarı

Oxucularına güzəştə gedən şairin imza günü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) təqdimatında şair Xanəmir Telmanoğlunun imza günü keçirilib.


"Axar.az" xəbər verir ki, şairin yeni çapdan çıxmış "Derlər" şeirlər kitabının imza günü "Akademik kitab" mağazasında gerçəkləşdi.

Tədbiri təşkil edən İctimai Birliyin başqanı Çingiz Bayramov tədbiri açaraq, şairin keçdiyi həyat yoluna qısa şəkildə işıq saldı.

Müəllif özü də kitabla bağlı ədəbi mülahizələrini səsləndirərək bu kitabıyla oxucularına sadəlik məsələsində güzəştə getdiyini və yaradıcılığında bəlli bir mərhələni bu kitabın təşkil etdiyini də vurğuladı.

İmza günündə şairin qələm dostları da iştirak edirdi.

Çıxış edənlərdən şair Əlisəmid Kür Xanəmir Telmanoğlu yaradıcılığının ilk illərindən özünəməxsus yolu olduğunu vurğuladı.

Şair Etimad Başkeçid Xanəmirin yaradıcılığının elitar kəsimə məxsusluğuna və ədəbiyyatşünaslar tərəfindən gerçək qiymətini almadığına toxundu.

Gənc yazar Şahlar Ruhi şairin əsərləri haqqında danışa bilənlərin heç vaxt onun yazıları haqda yazmağa ürək eləmədiklərini belə izah etdi: "Onlar Xanəmirin yazılarına sadəcə olaraq girişə bilmirlər".

Yazıçı Azər Abdulla Xanəmirin kimsəyə bənzəmədiyini, onun yazılarında bəlli bir məfkurənin olduğunu söylədi.

Ədəbiyyatşünas Dürdanə Tahirli həmişə şairi oxuduğunu, heç də deyilənlər qədər qəliz olmadığını dilə gətirdi.

Şair Dəmirçioğlu isə şairin yaradıcılıq baxımdan onu özünə qohum saydığını söylədi, yaradıcılığında bir çox bədii-estetik anlayışları sintez elədiyinə diqqət çəkdi.

Qeyd edək ki, Xanəmir Telmanoğlu Türkiyənin Mərmərə Universitetində təhsil alıb. İndiyə kimi şairin 10-dan çox - 4 nəsr, 5 şeir, bir tərcümə əsəri və bir ədəbi-nəzəri yönümlü kitabı çap olunub. Sonuncu kitabı olan "Derlər" kitabında yeni şeirləri toplanıb. İnanırıq ki, bu kitab da onun yenilikçi ruhunu layiqli şəkildə təmsil edəcək.

Tarix
2014.02.19 / 18:30
Müəllif
Elçin Aslangil
Şərhlər
Digər xəbərlər

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla