Yuxarı

Kollec rektoruna görə tələbələr Lənkəranda aksiya keçirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14 fevral 2014-cü il tarixində Azərbaycan Respublikası təhsil naziri Mikayıl Cabbarovun qərarına əsasən, işdə yol verdiyi nöqsanlara görə, Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Şaban Şəfiyev vəzifəsindən uzaqlaşdırılıb.

Bu qərar isə kollec müəllimlərinin və tələbələrin narazılığına səbəb olub. Qaynar.info ilə əlaqə saxlayan tələbələr və müəllimlər bildiriblər ki, işdən çıxarılan direktor Şaban Şəfiyev qərarda göstəriləndən fərqli olaraq, bu vaxta qədər kollecdə direktor işləmiş hər kəsdən daha yaxşı işləyib: "İstənilən tələbə Şaban müəllimin qəbuluna çox rahatlıqla girə bilirdi. Problemlərimizi dinləyirdi, həll edirdi. O, kollecə gələndən sonra nizam-intizam da qaydasına düşüb".

Tələbə və müəllimlər bu məsələ ilə bağlı Təhsil Naziriliyinə də müraciət ünvanlamağa hazırlaşır. Qaynar.info-ya daxil olan müraciətdə deyilir: "Şaban Şəfiyevin kollec direktoru olduğu müddətdə təhsil ocağının uğurları artıb. Rayonda keçirilən bilik müsabiqələrində, sosial yönümlü tədbirlərdə, ölkə və dünya əhəmiyyətli şəxsiyyətlərin yaradıcılıq gecələrinin keçirilməsində əməli işlər görülmüş və kollecin Respublikada öncül təhsil müəssisəsi olmasına şərait yaradılıb".

Tələbələr 2 gün öncə bu məqsədlə aksiya keçirməyə cəhd ediblər. Səhər saat 9-da keçirilməsi planlaşdırılan aksiya baş tutmayıb. Belə ki, tələbələr kollecin qarşısına gələndə artıq polislər oranı mühasirəyə alıb və aksiya keçirməyə imkan verməyiblər.

Kollec tələbələri Şaban Şəfiyevin yenidən vəzifəsinə qaytarılması məqsədi ilə sosial şəbəkələrdə də kampaniya başlayıblar. Tələbələr feysbukda Şaban Şəfiyevi geri qaytaraq adlı səhifə yaradıblar.

Tarix
2014.02.19 / 15:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla