Yuxarı

Qalmaqallı “Mersedes”in sahibi kimin oğludur? - Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Musavat.com"un "Günün fotosu" rubrikası altında dərc etdiyi və sözün həqiqi mənasında günün mövzusuna çevrilən 90 DD 065 dövlət nömrə nişanlı "Mersedes-Qalenvagen" avtomobilinin sahibi Bakı şəhər, Yasamal rayon sakini Bəhruz Adil oğlu Pəriyabdır.

"Axar.az" xəbər verir ki, avtomobilin sahibi həmçinin Gəncə şəhər sakini Orxan Ədalət oğlu Məmmədəliyevin adına etibarnamə də verib.

Araşdırmalarımız zamanı bəlli oldu ki, avtomobilin sahibi Bəhruz Pəriyab Azərbaycanın Xalq rəssamı, bir çox ölkələrdə sərgiləri açılan Əli Pəriyabın nəvəsidir (Əli Pəriyabın qardaşı Hüseyn də xalq rəssamı olub).

Yüngül qəza keçirmişəm

"Axar.az"a danışan Bəhruz Pəriyab qəzanı təsdiqləyərək, heç bir xəsarət olmadığını dedi:

"Düzdür, etibarnamə vermişəm, ancaq maşın özümdədir. Yüngül qəza keçirmişəm, şükür ki, heç bir problem yoxdur".

Qəzasının ictimailəşməsindən xəbərsiz olduğunu deyən B.Pəriyab atası Adil Pəriyabın hansı vəzifənin sahibi olduğu barədə sualı cavablandırmaqdan imtina edib: "Bu barədə danışmaq istəmirəm. Vəssalam".

Xatırladaq ki, ötən gün "Musavat.com" saytı "Günün fotosu" rubrikasında 90 DD 065 nömrəli "Mersedes-Qalenvagen"in qəzaya uğradığını və bu maşının sahibinin Bakı rayonlarından birinin prokurorunun oğlu olması barədə müəllif yazısı ilə çıxış etmişdi. Bu səbəbdən portalın redaktoru Xalid Kazımlı Bakı Şəhər Prokurorluğuna dəvət edilərək, ona prokurorluq orqanları işçilərinin nüfuzuna xələl gətirən bu tip yanlış məlumatların yayımlanmasında diqqətli olması tövsiyyə edilib.

Tarix
2014.02.19 / 13:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla