Yuxarı

Balakəndə iki çörək sexi bağlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən şəhərində bir neçə çörək istehsalı sexində standartların tələblərinin pozulduğu aşkar edilib. Bu barədə "Axar.az"a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitənin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi Balakəndə fiziki şəxslər Qarayev Şamil Ramazan oğlu və Akqubayev Saleh Mollaisa oğluna məxsus çörək istehsalı sexlərində dövlət nəzarəti aparıb. Araşdırmalar zamanı həmin müəssisələrin antisanitariya vəziyyətində işlədiyi, çörək istehsalının müəyyən edilmiş texnoloji təlimat və resepturalar olmadan aparıldığı məlum olub.

Bundan başqa müəssisələrin məhsul nümunələrinin sınaqlarının aparılması üçün laboratoriya və ya akkreditasiya olunmuş hər hansı laboratoriya ilə müqaviləsinin olmadığı, sınaqların aparılmadığı aşkar edilib. Bu da məhsulun keyfiyyətinə zəmanət verilmədiyinə sübutdur. O cümlədən, müəssisələrdə saxlanma şəraitinə əməl olunmadığı, məhsulların keyfiyyətli sabit istehsalı üçün şəraitin təmin edilmədiyi müəyyən edilib.

Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərlərinə iradnamə verilib, çörəyin istehsalının və satışının qadağan edilməsi barədə tələbnamə təqdim edilib. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri üzrə protokol tərtib olunub.

Tarix
2014.02.19 / 11:21
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla