Yuxarı

Daha bir rüşvət faktı ilə bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Baş Prokurorluğu Təhsil sahəsində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri çərçivəsində daha bir fakt barədə açıqlama edib.

Bu dəfə Ucar rayon sakini, Ağcabədi Pedaqoji Kollecinin direktor əvəzi Sahib Hüseynovdan şikayət edib. Sahib Hüseynovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün ona 4-cü kurs tələbəsindən 450 manat məbləğində rüşvət alıb. Onun barəsində rüşvət alma maddəsi ilə cinayət işinə başlanıb. Rüşvət almaqda şübhəli bilinərək həbs edilən Ağcabədi pedaqoji kollecinin direktor əvəzi Sahib Hüseynov barədə rəhbərlik etdiyi təhsil ocağından hər hansı məlumat vermədilər. Kollecdə təhsil alan tələbələr də bu barədə fikir bildirmədilər. Kollecin müəlliimləri isə olanların qış tətilinə təsadüf etdiyini vurğuladlıar.

Hadisə barədə Baş prokurorluğun açıqlaması isə belədir. Kollecin direktor əvəzi Sahib Hüseynov qış imtahan sessiyası zamanı imtahanlardan qiymət alması üçün ona müraciət etmiş 4-cü kurs tələbəsindən 450 manat məbləğində rüşvəti alarkən yaxalanıb və qeyd edilən əmələ görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Aparılmış əməliyyat tədbirləri zamanı S.Hüseynovun üzərindən müxtəlif əskinaslarla ümumilikdə 5.432 manat nağd pul, xidməti otağına baxış zamanı kollecdə təhsil alan tələbələrin adları və soyadlarının qeyd edildiyi siyahı və qarşılarında pul məbləğləri yazılmış jurnal və digər istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilib. Sahib Hüseynov barəsində artıq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri də seçilib. ("Musavat.com")

Tarix
2014.02.18 / 23:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla