Yuxarı

Rusiya Ermənistana vilayət statusu təklif edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan ölkədə xüsusi iqtisadi zona yaradılması məsələsinə baxır".

Bunu Ermənistanın iqtisadiyyat nazirinin müavini Tiqran Arutunyan deyib.

Nazir müavininin bu sözləri Serj Sərkisyanın son bəyanatları fonunda ölkədə hiddətlə qarşılanıb. Tənqidçilərə görə, "xüsusi zona" təklifi məhz Rusiyadan gəlib. Söhbət Ermənistanın Gömrük İttifaqı ölkələri ilə ümumi sərhədinin olmamasından dolayı verilən aşağılayıcı statusdan gedir.

Məsələ ondadır ki, bu yaxınlarda həmin məsələyə toxunan Avrasiya İqtisadi Komissiyanın sədri Viktor Xristenko beləcə də demişdi: "Ermənistanla ümumi sərhədin yoxluğu problem deyil, Kalininqrad da Rusiya ilə ümumi sərhədə malik deyil".

O zaman bu sözlər Ermənistanın "patriotik kəsimi"ndə güclü qıcıq doğurmuşdu. İndi də təhlilçilər əmindilər ki, "xüsusi zona"nın suverenliyə hər hans aidiyyəti yoxdu və belə getsə, ölkənin müstəqilliyi və suverenliyindən heç nə qalmayacaq. ("Musavat.com")

Tarix
2014.02.18 / 20:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla