Yuxarı

Azay Quliyev Qarabağla bağlı layihə rəhbərləri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev 2014-cü il maliyyə yardımı müsabiqəsi çərçivəsində Qarabağ mövzusu üzrə maliyyələşdirilmiş layihələrin rəhbərləri ilə görüşüb.

Şuranın mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, 15 layihə rəhbəri və Şura Katibliyinin əlaqədar əməkdaşlarının iştirak etdiyi görüşü açan A.Quliyev ölkə xaricində icra ediləcək bu layihələrin əhəmiyyətini vurğulayaraq deyib ki, görüşdə məqsəd layihələr və təşkilatlar arasında koordinasiya imkanlarını genişləndirmək və bununla effektivliyin artırılmasına yardım etməkdir.

Şura sədri qeyd edib ki, bu layihələr Türkiyə ilə bərabər Avropa ölkələrində də reallaşdırılmalı və ehtiyac olarsa, bunun üçün təşkilatlara əlavə dəstək təmin edilməlidir. A.Quliyev layihələrin icrası ilə bağlı hər bir QHT rəhbərinin fikirlərini bildirməsində və ümumi müzakirələr nəticəsində daha optimal təbliğat variantların tapılmasında böyük fayda olduğunu bildirib.

Qeyd edək ki, layihələr çərçivəsində Türkiyə, Almaniya, Belçika, Çexiya, İsveç, Norveç, Ukrayna, Polşa və digər ölkə universitetlərində Qarabağ və Azərbaycan guşələrinin yaradılması, konfransların keçirilməsi, mövzu üzrə yerli dillərdə və ingilis dilində hazırlanmış buklet, broşür və kitabların paylanması, qısametrajlı filmlərin nümayişi və sair tədbirlər nəzərdə tutulur.

Maliyyələşmiş layihələrin rəhbərləri çıxış edərək xarici ölkələrdə Azərbaycanın təbliği, Qarabağ münaqişəsi haqqında obyektiv həqiqətlərin yayılması və Xocalı soyqırımının tanıdılması ilə bağlı fikirlərini bölüşüblər. Qərara alınıb ki, sosial şəbəkələrdə bu təşkilatların qrupu yaradılsın və Tənzilə Rüstəmxanlının koordinatorluğu təşkilatlar üçün yardım olaraq dəyərləndirilsin.

Tarix
2014.02.18 / 19:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla