Yuxarı

Konservatoriya köhnə ildə yeni ilin maaşını verə bilməz – Rəy

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2014-cü ilin yanvarında nəzərdə tutulan pulun bir ay əvvəl verilməsi mümkün deyil. Eyni büdcə olduğuna görə, fevral ayının pulunu yanvarda verilməsi mümkündür. Amma yanvar ayının pulunu dekabrda verilməsi büdcə sistemi haqqında qanuna ziddir".

Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov Milli Konservatoriya müəllimlərinə yanvar ayında alacaqları maaşın dekabrda verilməsi ilə bağlı məsələyə münasibət bildirərkən "Axar.az"a deyib.

O həmçinin dekabrın 31-də büdcənin sıfırlaşdığını və yanvar ayının 1-dən yeni büdcənin başladığını qeyd edib :

"İlin sonunda, dekabrın 31-də büdcə sıfırlanır və yanvarın 1-də artıq yeni büdcə başlayır. Bu baxımdan büdcə sistemi haqqında qanuna əsasən, büdcə nəzəriyyəsinə və iqtisadi qanunlara uyğun olaraq, 2014-cü ilin yanvar ayının maaşını 2013-cü ilin dekabrında verilməsi mümkün deyil. Çünki maaşların daxil edildiyi büdcə fərqli illərdədir. Növbəti ilin dövlət büdcəsindən başa çatmayan ilin hər hansı bir xərci ödənilməsi üçün istifadə edilməsi mümkün deyil".

Xatırladaq ki, Milli Konservatoriya müəllimlərinin 2 aydır əməkhaqqı ala bilməməsinə bu təhsil ocağının İstehsalat təcrübə və konsert fəaliyyəti üzrə rəhbəri, dosent Yaqut Seyidova "müəllimlər bu ilin yanvar ayının maaşını ötən ilin dekabrında alıblar" cavabını vermişdi.

Tarix
2014.02.18 / 16:06
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla