Yuxarı

ABŞ-da çıxan antologiyada hansı Azərbaycan yazarları var?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın nüfuzlu Trafford nəşriyyatında "Müasir Azərbaycan qadın nəsri" (Modern Azerbaijani Women’s Prose. Bloomington, Trafford Publishing, 2014, 698 page) antologiyası nəşr olunub. Yüksək poliqrafik keyfiyyətlə, orijinal tərtibatla nəşr edilən kitabı Bakı Dövlət Universitetinin Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının professoru Vaqif Sultanlı və Norveçdə yaşayan həmyerlimiz Dr. İrəc İsmaeli nəşrə hazırlayıb.

Yazıçılardan Əzizə Cəfərzadə, Sara Oğuz, Mənzər Nigarlı, Afaq Məsud, Nüşabə Məmmədli, Mehriban Vəzir, Günel Anarqızı, Zümrüd Yağmur, Natəvan Dəmirçioğlu, Aygün Həsənoğlu, Gülşən Lətifxan, Eluca Atalı, Xumar Ələkbərli, Xuraman İsmayıl, Sevinc Nuruqızı, Təranə Vahid, Afaq Şıxlı, Cavidan, Şəlalə Əbil, Şahnaz Kamal, Ruqiyyə Səfəri və başqalarının əsərlərini özündə birləşdirən antologiya Azərbaycan qadın nəsrinin son illərdə yaranmış ən yaxşı nümunələrini ehtiva etməkdədir.

Tərtibçilər antologiyaya yazdıqları ön sözdə çağdaş qadın nəsri ilə bağlı mülahizələrini aşağıdakı şəkildə ümumiləşdiriblər: "Azərbaycanın qadın yazıçılarının əsərlərindən ibarət bu səpkili toplu ingilisdilli auditoriyaya, ümumən dünya oxucularına ilk dəfədir ki, təqdim olunur. Lakin qeyd etmək lazımdır ki, hər hansı bir xalqın ədəbiyyatının qadın yazıçılar müstəvisində oxuculara təqdim olunması müəyyən mənada şərti səciyyə daşıyır. Çünki məntiqi baxımdan bədii ədəbiyyatın cinsi müstəvidə fərqləndirilməsi uyğunsuz görünə bilər və burada gender amili ilə yanaşı, ekzotik baxış bucağının mövcudluğu da diqqəti çəkir".

Antologiyaya daxil edilən bədii örnəklər seçilərkən daha çox yazıların dünya oxucularının maraq və zövqünə uyğun olması, həmçinin əsərlərin mövzu, məzmun baxımından əlvanlığı nəzərə alınıb.

Antologiyada diqqəti cəlb edən faktlardan biri də odur ki, orada Quzey Azərbaycanla yanaşı, Vətənimizin Güneyində və mühacirətdə yaşayan qadın yazarların əsərlərindən də örnəklər verilib.

Kitabı www.trafford.com, www.amazon.com, www.books.google.com, www.bookland.com, www.ebay.com, www.scribd.com, www.waterstones.com, www.barnesandnoble.com və digər saytlardan sifariş yolu ilə əldə etmək olar.

Tarix
2014.02.18 / 01:14
Müəllif
Selcan
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla