Yuxarı

Akademikin məktəbli qıza qərəzi – İddia

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sabahın alimləri" Respublika Müsabiqəsində işi plagiatdır - deyə müsabiqədən kənarlaşdırılan Əminə Əmirxanlının Respublika Təhsil Naziri Mikayıl Cabbarova ünvanladığı müraciətinə hələ ki, münasibət bildirilməyib.

Bu sözləri "Axar.az"a açıqlamasında Ə.Əmirxanlının anası Natəvan Məmmədova deyib.

"Təhsil Nazirliyindən hələ ki heç bir açıqlama yoxdur, amma bizdə olan məlumata görə, iş araşdırılır. Əminənin şikayəti ilə əlaqəli Elmlər Akademiyasının müxbir üzvü akademik Vaqif Abbasov xəbərlər proqramlarından birinə müsahibəsində bildirib ki, proyekt plagiatdır və Kamran Mahmudovun dissertasiya işinin avtoreferatında çap edilib. Bu olduqca yanlış fikir idi və araşdırmalar sonucu bir daha əmin olacaqlar ki, heç də belə olmayıb. Ən acınacaqlı məqam ondadır ki, Əminənin şikayətindən sonra Kamran Mahmudovun dissertasiya işini sübut kimi müsabiqəyə gətirən akademik sona qədər də XI sinif şagirdinin ortaya qoyduğu proyektlə dissertasiya işləri arasındakı fərqləri anlaya bilməyib.Əminə dəfələrlə onun hazırladığı hansı hissələrdə plagiat olduğunu sübut edilməsini tələb etsə də akademikimiz bunu aşkara çıxara bilməyib.Bu yerdə yalnız təəssüflənirəm ki, müsabiqə iştirakçılarının taleyi onlardan asılıdır".

N.Məmmədova proyektin plagiat olması ilə bağlı fikirləri qəbul etməyib bildirdi ki,qızım proyekti həm azərbaycan,həm də Amerika mərhələsinə görə ingilis dilində hazırlamışdı. "Proyekt Elmi Ekspert Komitəsinə (EEK) azərbaycanca təqdim olunur. EEK proyektlərdə qüsur, plagiat aşkar etdiyi məqamda işi müsabiqəyə buraxmır. Amma proyekt həmin mərhələni uğurla keçmiş və müsabiqəyə buraxılmışdı. Azərbaycan dilindəki annotasiyada istinad edilən müəlliflər mətnin sonunda, amma ingilis variantı və posterdə istinad edilən müəlliflər mətnin içərisində verilmişdi. İngilis variantında mətn texniki qüsursuz olub. Amma texniki qüsuru akademikimizin plagiat adlandırması heyrət doğurur.Qüsuru aşkarlayan akademikimiz işdə ortaya qoyulan o böyüklükdə yeniliyi təəssüf ki, aşkarlamağı bacarmadı".

Qeyd edək ki, "Sabahın alimləri" müsabiqəsinin iştirakçısı olan Əminə Əmirxanlının işi 14 fevral tarixində plagiat adlandırılaraq, müsabiqəyə buraxılmamışdı. Əminənin özü isə bununla bağlı komisiyyanın yaradılması üçün Təhsil naziri Mikayıl Cabbarova müraciət etmişdi.

Tarix
2014.02.17 / 23:05
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla