Yuxarı

Sabir Rüstəmxanlı: “...Kimsə bunu etməyəcək”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Azərbaycanlıları Konqresi (DAK) "Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Diasporunun rolu" adlı dəyirmi masa keçirib.

Tədbirdə Milli Məclisin deputatları, tarixçilər, ictimai xadimlər, Xocalı soyqırımında həlak olan soydaşlarımızın yaxınları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı deyib ki, bir neçə gündən sonra Xocalı soyqrımının anım günü keçiriləcək. İllər keçdikcə dünya ictimaiyyəti bu faciə haqda daha geniş məlumatlanmağa başlayıb:

"Azərbaycan dövlətinin fəaliyyəti nəticəsində Xocalıda baş verən soyqırım hadisəsi daha geniş ictimailəşdirilir".

O qeyd edib ki, son 200 ildə Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra Xocalı soyqrımı xalqımızın başına gətirilən ən böyük faciələrdən biridir:

"Çox təəssüf ki, hələ də bu hadisənin həqiqətlərini böyük dövlətlərə və dünyanın taleyini həll edən güclərə yetərincə çatdıra bilməmişik. Nə qədər ağır faciələr yaşasaq da, dünya bizə daha çox günahkar kimi baxıb. Bu faciələrin, müharibələrin, Azərbaycanın bölünməsinin təqsirini hər zaman bizdə görməyə çalışıblar. Başımıza gətirilənləri dünyaya çatdırmaq üçün müxtəlif ölkələrə səpələnmiş soydaşlarımız çox iş görməlidirlər".

1915-ci il uydurma erməni soyqrımı ilə bağlı keçirilən tədbirləri diqqətə çəkən S.Rüstəmxanlı bildirib ki, Xocalı isə uzaq olmayan, şəkillərin, video lentlərin və canlı şahidlərin yaddaşlarında yaşayır:

"Bu mənada Dünya Azərbaycanlıları Konqresi olaraq, biz diaspor təşkilatları ilə işləməyimiz vacibdir. Yəni, diaspor təşkilatları öz yaşadıqları ölkələrin vətəndaşları olaraq o cəmiyyətə daha çox inteqrasiya olmalı, siyasi proseslərdə yaxından iştirak etməlidirlər".

S.Rüstəmxanlı "Xocalıya Ədalət Kompaniyası" çərçivəsində aparılan işlərin soyqırımın tanınmasında müsbət tendensiya yaratdığını da qeyd edib: "Ötən il Türkiyədə bununla bağlı böyük mitinqlər keçirildi. Dünya ölkələrinin hər birində toplantılar, seminarlar və digər tədbirlərin keçirilməsinin nəticəsidir ki, bir sıra dünya ölkələrində, o cümlədən ABŞ-ın bir sıra ştatında Xocalı soyqrımını tanıdılar".

DAK həmsədri faciənin tanınmasında hər bir Azərbaycan vətəndaşını fəallıq nümayiş etdirməyə də çağırıb: "Biz bu faciəni dünya ictimaiyyətinə çatdırmasaq, kimsə bunu etməyəcək".

Deputat Asim Mollazadə bildirib ki, dünyada yaşayan hər bir azərbaycanlı bu faciəni yaymalıdır: "Azərbaycan xalqının istəyi qisas deyil. Ölkəmizin istəyi beynəlxalq hüquq normaları çərçivəsində, cinayətkarların dünya qarşısında cavabdehlik daşımasıdır".

A.Mollazadə qeyd edib ki, cinayətkar öz cəzasına çatmayana kimi bu cür hadisələr təkrar olunacaq: "Faciəni törədənlər bölgədə sabitliyin pozulması üçün əllərindən gələni edirlər. Çünki bilirlər ki, Xocalıya ədalət olarsa, cinayətkarlar mütləq cavab verəcəklər". A.Molazadə faciənin tanıdılması üçün ABŞ-da və Avropada bir sıra işlərin davam etdirildiyini də qeyd edib. Tədbirdə digər çıxış edənlər də faciənin dəhşətindən və bu soyqırımı törədənlərin cəzalandırılmasının vacibliyindən danışıblar. Həmçinin, bu istiqamətdə diaspora təşkilatlarını daha fəal olmağa çağırıblar.

Tarix
2014.02.17 / 16:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla