Ana səhifə Toplum |
"Sovetskidə yaşayan dindar şiələri Hacı Şahin qızışdırır".
Bu sözlər "Axar.az"ın elektron ünvanına göndərilən məktubda yer alıb.
Məktubda Hacı Şahinin "Sovetski"də yaşayan insanları qızışdıraraq mitinqə səslədiyi bildirilib: "Camaat "Sovetski"də mitinq edir. Səbəb də budur ki, evlərini sökürlər. Həmçinin az pul verirlər. Hacı Şahindən soruşublar ki, nə edək? Fitva verib ki, mitinq edin. Həmçinin, Hacı Şahin camaata deyib ki, Ağayi Xomeyniyə şikayət məktubu yazın. "Sovetski"də yaşayan dindar şiələri Hacı Şahin qızışdırır. Deyir ki, dövlətdən haqqınızı tələb edin. Bu da Elşad İsgəndərovun qabağa çəkmək istədiyi Hacı Şahin".
Göndərilən məktubun xütbələri ilə məşhur olan Hacı Şahinə qarşı kampaniya və təxribat olub-olmaduğunu aydınlaşdırmaq üçün onunla əlaqə yaratmaq istəyimiz alınmadı.
Mövzunu davam etdirməyə çalışırıq.
Qeyd edək ki, dünən Bakının "Sovetski" məhəlləsinin sakinləri evlərinin sökülməsi müqabilində az kompensasiya verilməsinə etiraz olaraq aksiya keçirmişdilər.
Tarix
2014.02.17 / 10:55
|
Müəllif
Axar.az
|