Yuxarı

Qarabağ qaziləri özünü yandıranlara "Durun" dedi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, dünən Sumqayıt şəhərində 1-ci qrup Qarabağ əlili Məcidov Malik özünü yandırmağa cəhd edib. Baş vermiş hadisə ilə bağlı "Qarabağ qaziləri" və "Vətən Müharibəsi Əlilləri" birlikləri birgə müraciət yayıblar. Müraciətdə deyilir:

"Ötən il, dekabrın 25-də 2-ci qrup Qarabağ qazisi Zaur Həsən oğlu Həsənov ona qarşı olan haqsızlığa etiraz əlaməti olaraq özünü yandırmaqla intihar etməsindən sonra daha 2 nəfər özünü yandırmış, digər 2 nəfər isə özünü yandırmağa cəhd etmişdir. Dünən Sumqayıt şəhərində 1-ci qrup Qarabağ əlili Məcidov Malik özünü yandırmağa cəhd edib. Xoşbəxtlikdən ətrafdakı insanlar Qarabağ qazisinin özünü yandırmasına mane olublar.

Biz bütün Qarabağ qazilərinə, döyüşçü dostlarımıza müraciət edirik:
Özünüzü yandırmayın, biz sizin problemlərinizi, ağrı-acılarınızı çox yaxşı başa düşürük, amma bunların həlli üçün intihar çıxış yolu deyil. Zaur Həsənovun özünü yandırmaqla intihar etməsindən sonra Qarabağ əlillərinin problemlərinin effektli həlli istiqamətində dövlət orqanları ilə çox ciddi işlər aparılır. Bu qəbildən olan insanların problemlərinin həlli ilə bilavasitə məşğul olan nazirlik və digər struktur rəhbərləri ilə gözlər başlayıb. Bütün Qarabağ əlillərinin, şəhid ailələrinin, veteranlarının həyatına müsbət təsir edəcək daha konkret işlərin görülməsinin müzakirəsinə başlanıb. Görüşlər və müzakirələr davam edir. Belə bir məqamda problemlərinizə görə özünüzə qıymayın.

Ölkəmizdə fəaliyyət göstərən bütün televiziya və radiolardan, o cümlədən kütləvi informasiya vasitələrinin rəhbərlərindən, əməkdaşlarından xahiş edirik ki, müharibənin od-alovundan taleyin qisməti ilə sağ, amma əzalarını-sağlamlıqlarını itirərək yarımcan çıxmış qazilərimizin özlərinə qıymamaları üçün bizlərə informasiya dəstəyi versinlər.

Müraciəti "Qarabağ qaziləri" və "Vətən Müharibəsi Əlilləri" birliklərinin rəhbərləri Etimad Əsədov və Firudin Məmmədov imzalayıb.(Musavat.com)

Tarix
2014.02.15 / 18:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla