Yuxarı

1990-1997 şəhidlərinə nədən kompensasiya verilmir? – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

1990-1997-ci illər arasında həlak olmuş Azərbaycan əsgərlərinə görə ailələrinə niyə qanunda göstərilmiş məbləğin verilməməsi bəlli olub.

Bu barədə "Axar.az"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib:

"Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət tərəfindən icbari şəxsi sığortası qaydaları və şərtləri "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" 20 may 1997-ci il tarixində qəbul edilmiş Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.

Qanunun 4-cü maddəsinə əsasən, hər bir hərbi qulluqçu 11 000 manat məbləğində sığorta edilir.

Bu qanunun bəzi müddəlarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarı ilə qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara həmin məbləğin ödənilməsinin qaydası və şərtlərinin qısa müddətdə müəyyən olunması Milli Məclisə tövsiyə edilib".

Xatırladaq ki, şəhid əsgərlərimizin hər birinin ailəsinə 11 min manat məbləğində sığorta ödənilir. Bu qanunun hələlik 1990-97-ci illərdə şəhid olanların ailəsinə tətbiqi gerçəkləşməyib.

Tarix
2014.02.15 / 11:04
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla