Yuxarı

Vəhabilərdən Azərbaycan şiələrinə qarşı inanılmaz təbliğat – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan olan və kimliklərini gizlədən vəhabilər şeyx saydıqları Əbu Malik əl-Cuhani adlı birinə zəng vurub, ölkəmiz haqqında müəyyən fitvalar almağa cəhd göstəriblər.

"Axar.az"ın məlumatına görə, Azərbaycan haqqında o qədər də doğru olmayan məlumatları şeyxlərinə çatdıran vəhabilər ölkəmiz haqda münasibət öyrənir və bunu sosial şəbəkədə geniş təbliğ edirlər.

Suallardan aydın olur ki, bu insanlar Azərbaycanın dünyəvi dövlət olmasını və ölkənin demokratik prinsiplərlə idarəçiliyini qəbul etmirlər və buna qarşı çıxırlar. Şeyx adlandırdıqları Əbu Malik əl-Cuhani isə Azərbaycan xalqını İslama əməl etməməkdə günahlandırır, xalqımızı "müşrik və münafiq" sayır, "qəbirlərdən kömək istəyən" deyə şirk əhli adlandırır, şiələrin ünvanına xoşagəlməz sözlər deyir.

Şeyxləri ilə danışıqlarını Azərbaycan dilinə çevirərək, sosial şəbəkədə paylaşan vəhabilər isə bundan istifadə ilə Azərbaycanın müsəlman ölkəsi olmadığını isbatlamağa, şiəliyə, Əli tərəfdarlığına, ənənələrə qarşı təbliğata start veriblər. Ölkənin güc strukturlarına meydan oxuyurcasına aparılan bu açıq virtual savaşın aqibətindən narahat olmamaq mümkün deyil.

Video-müsahibəni kiçik ixtisarla təqdim edirik.

Tarix
2014.02.14 / 19:55
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla