Yuxarı

Tanınmış xanım jurnalistin əmisi oğlu Suriyada öldürülüb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vəhabilər məsələsində ehtiyatlı olmalıyıq. Orda öldürülənlərin çoxu bizim Azərbaycandan gedənlərdir".

Bu sözləri "BayMedia"ya tanınmış jurnalist Nigar Börək bildirib.

"Azərbaycan mediası vəhabilər məsələsində diqqətli olmalı və onların oyuna gedəcək xəbərlər yayılmamalıdır. Biz bu yolla təriqətə xidmət edənləri Suriyaya getmələrini həvəsləndirə bilərik. Onların oyunlarına getməməliyik. Maarifləndirici işləri gücləndirmək lazımdır",- deyən jurnalist bu günlərdə əmisi oğlunun Suriyada öldürülməsində və ora necə aparılmasından danışdı:

"Əmim oğlu Fariz Abdullayev Suriyaya aldadılıb gedənlərdən idi. Anası onu əzab əziyyətlə böyütmüşdü. Fariz 10 yaşından atasız qalmışdı. Əsgərliyini Tərtərdə düşmənlə üz-üzə cəbhədə keçirmişdi. Çox vətənpərvər, sakit və mədəni oğlan idi. Buna görə də onların oyunlarının qurbanı oldu. Xüsusilə, vəhabilər belə gənclərdən istifadə edirlər və öz oyunlarına salırlar. Sonradan qayıtmaq istəsələr belə, geri qayıda bilmirlər.

O, Türkiyədə İzmirdə bir kürd ailəsinin evində qaldıqdan sonra, oradan da Suriyaya gedib. Əvvəlcə, anasına deyirmiş ki, mən Türkiyədəyəm. Sonradan bacısı ilə skypla danışanda sonra, onu hərbi formada görüb. Ondan sonra bilib ki, Suriyadadır. Onun ölüm xəbərini bacısının telefonuna mesaj olaraq yazıblar: "oğlunuz Allah yolunda şəhid oldu" sözünü və bir də ölüm şəkilini göndəriblər. Bu, ailə üçün çox dəhşətli hadisədir və hələ də ailə bu acını yaşayır",- deyə Nigar xanım əlavə edib.

Tarix
2014.02.14 / 17:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla