Yuxarı

Azərbaycanı hədələyən terror təşkilatları – Təfərrüat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 28-də "Meşə qardaşları" və "Ceyşullah" terror təşkilatları Azərbaycana qarşı cihad elan etdi. Daha sonra müxtəlif güc birləşmələrinin rəhbərliklərindən həmin təşkilatlara qarşı sərt xəbərdarlıq gəldi.

Fevralın 13-də Bakıda iki, Biləsuvarda isə 1 partlayış nəticəsində 4 insanın həyatını itirməsi və 6 nəfərin yaralanması terakt şübhələrini meydana çıxardı və əlbəttə ki, "Meşə qardaşları" və "Ceyşullah" bir daha gündəmə gəldi.

"Meşə qardaşları" və "Cehşullah"çılar kimlərdir? Azərbaycanda fəaliyyətləri varmı və nədən ibarətdir?

"Axar.az" Azərbaycanı hədələyən bu iki təşkilat, onların fəaliyyəti haqqında informasiyanı təqdim edir.

"Meşə qardaşları" terror təşkilatı

"Meşə Qardaşları" "Dərbənd camaatı" və ya "Cənub Qruplaşması" adı ilə də tanınır. O, Dağıstanın cənubunda, əsasən də Dərbənd, Tabasaran, Məhərrəmkənd ərazisində və Azərbaycanın şimalında fəaliyyət göstərən gizli terrorçu qruplaşmadır. Əsas fəaliyyət istiqamətləri hüquq mühafizə orqanlarına hücum etmək, terror aktları təşkil etmək və vəhabiliyin təbliğatı ilə məşğul olan ədəbiyyat yaymaqdan ibarətdir.

İlk dəfə Azərbaycanda "Meşə qardaşları"na qarşı 2007-ci ildə əməliyyat keçirilib. Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi bu əməliyyat zamanı dəstənin 17 üzvü, o cümlədən liderlərindən biri - "Əbu Cəfər" ləqəbli Naif Əbdul Kərim Əl-Bədəvi həbs edilib. Daha sonra dəstənin başqa bir lideri - "Əbdülməcid" ləqəbli İlqar Mollaçıyev yenidən "Meşə qardaşları"nı Azərbaycanda aktivləşdirməyə cəhd göstərib.

İlqar Mollaçıyevin yenidən aktivləşdirdiyi təşkilatın planına görə, iki camaatlıq yaradılmalıydı. Bunlar isə "Sumqayıt camaatı", "Quba və Qusar camaatı" olmalı idilər. Hər iki camaatlıq təşkilat üçün fərqli istiqamətlərdə fəaliyyət göstərirdilər. Belə ki, birinci qrup ikincilər üçün Bakı şəhərində qarətlər həyata keçirməli, pul toplamalı idi.

Bunun da nəticəsi idi ki, MTN-nin növbəti əməliyyatı zamanı Quba və Qusar ərazisində bu terror təşkilatına aid 12 xüsusi blindaj və mağara, ərzaq ehtiyyatı, müxtəlif silah sursat aşkar edilmişdi.

Azərbaycandakı ən səs-küylü terakt

"Meşə qardaşları"nın ölkəmizdə törətdiyi ən səsli-küylü terror hadisəsi Əbu-Bəkr məscidinə edilən hücumdur. 2008-ci ilin 17 avqustunda reallaşdıran hücum zamanı 2 nəfər həlak olub, 11 nəfər yaralanıb. Terroru həyata keçirən şəxsin məsciddə insanların namaz qıldığı vaxt buraya qumbara atması xəsarət alanların sayının çox olmasına səbəb olub.

Terror təşkilatının liderləri

Dediyimiz kimi, "Meşə qardaşları" terror təşkilatına 2007-2008-ci illərdə "Əbdül-Məcid" ləqəbli Zaqatalada doğulmuş, milliyətcə azərbaycanlı olan İlqar Mollaçiyev rəhbərlik etmişdi.

2007-ci ilin sentyabrında çeçen səhra komandiri Rəppani Xəlilovun öldürülməsindən sonra o, "Dağıstan Əmiri" təyin olundu. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, İlqar Mollaçiyev hər iki Çeçen Müharibəsində iştirak etmiş, döyüş hazırlığını isə məşhur səhra komandirləri Xəttab və Əbu əl-Validin dəstələrində keçmişdir.

Mollaçiyevin 2008-ci ilin sentyabrında ölümündən sonra Vəlicanov İsrafil Hacı oğlu terror təşkilatına rəhbərlik edir.

"Ceyşullah" terror təşkilatı

Bu terror təşkilatı barədə məlumatlar kifayət qədər azdır. "Meşə qardaşları"ndan fərqli olaraq, bu təşkilatın ölkə üçün o qədər də mühüm təhlükəsi hələ sezilməyib.

Məlumatın azlığı onların nə zaman yaranması haqqında da bəzi mübahisələrə gətirib çıxarır. Bəzi mənbələr həmin təşkilatın 1987, bəziləri isə 1992-1995-ci illər arasında yaradıldığını söyləyir. Dəqiq olan tək fakt isə onun Türkiyə ərazisində yaranmasıyla əlaqədardır.

"Ceyşullah" terror təşkilatı "Hizbullah"la əlaqələndirilir və hətta onun bir qolu adlandırılır. Əslində isə hər iki terror təşkilatının istiqaməti tam əks yönləri əhatə edir. "Hizbullah" terror təşkilatı şiələrə, "Ceyşullah" isə sələfilərə aid edilir. Məhz bu iki əksqütblü təşkilatların bir yerdə fəaliyyət göstərməsi heç də inandırıcı görünmür.

"Ceyşullah"ın əsas məqsədi müxtəlif idarələrə, xüsusən iqtidar nümayəndələrinə qarşı sui-qəsdlər təşkil edərək onlar vasitəsiylə ölkədə xaos yaratmaqdır. Bunun nəticəsində isə terror təşkilatı teokratik bir dövlət qurmağa çalışır.

Təşkilata qarşı 1995-1999-cu illər arasında türkiyədə əməliyyat keçirilib, MİT tərəfindən onun üzvləri həbs edildi. Həbs olunan terrorçuların etirafları zamanı bu terror təşkilatının əsas maliyyə mənbəyinin haradan gəldiyi bəlli oldu. "Ceyşullah" üzvlərinin etiraflarında nəzəri təlimləri Səudiyyə Ərəbistanında, hərbi hazırlıqlarını isə Əfqanıstanda aldıqları ortaya çıxmışdı.

Etibar Erkinin qətlində "Ceyşullah"çılar

"Ceyşullah" 1999-cu ilin yanvarında iki oğlu ilə birlikdə Bayıldakı evindən ölü tapılan Azərbaycan Xalq Biliciləri və Ekstrasenslər İttifaqının mərhum rəhbəri Etibar Erkinin qətlindən sonra məşhurlaşıb. Ekstrasensi öldürən şəxs "Ceyşullah"ın üzvü olub və o, E.Erkini guya şeytani əməllərlə məşğul olduğu üçün öldürdüyünü açıqlayıb.

Tarix
2014.02.14 / 15:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla