Yuxarı

Rövnəq Abdullayev binalara qaz verilməməsinin səbəbini açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin fevralın 14-də keçirilən növbəti plenar iclasında çıxışı zamanı tikilən yeni yaşayış binalarında qaz problemi məsələsini qaldırıb.

"Axar.az"ın məlumatına görə, obildirib ki, ötən iclasda da yeni tikilən göydələnlərlə bağlı məsələlər qaldırıldı və vətəndaşlar tərəfindən bu yöndə çoxlu sayda müraciətlər daxil oldu:

"İnsanlar qeyd edirlər ki, bu binalarda elektrik və su xəttləri mövcuddur. Əgər bu binalar dövlət komissiyasına təhvil verilməyibsə, necə elektrik və su ilə təmin oluna bilər? İnsanlar onu da qeyd edirlər ki, mənzillərin qızdırılmasında ciddi əziyyət çəkirlər. Odur ki, biz müvafiq dövlət qurumlarını dəvət edib bu problemi araşdırmalıyıq. İnsanların mavi yanacaqla bağlı problemi həllini tapmalıdır".

Deputat təklif edib ki, bu sahəyə sərt və ciddi yanaşılmalıdır: "Bu binaları tikən insanlar oranı dövlət komissiyasına təhvil vermədən vətəndaşların istifadəsinə necə verirlər? Şirkətlər məsuliyyət daşımalıdır. Hesab edirəm ki, bu problemlər həll olunmalıdır".

Spiker Oqtay Əsədov isə deyib ki, bu problemlə maraqlanıb: "Həmin binaların 70 faizində tüstü-baca sistemi yoxdur. İkinci, qazın təhvil verilməsi üçün binalara 70 faiz əhali köçməlidir. Deyirlər ki, binaların yarısı boşdur. Binaları tikənlər orada yaşayanların qarşısında məsuliyyət daşıyır. Qazı verdilər, sabah da partlayış baş verdi. Bəs buna kim məsuliyyət daşıyacaq? Tüstü-baca sistemi yoxdur və bu, ciddi problemdir".

ARDNŞ-nin prezidenti, millət vəkili Rövnəq Abdullayev də problem haqqında danışıb: "Bakıda ciddi inkişaf gedir, yüksəkmərtəbəli binalar tikilir. Amma layihələrdə olan problemə görə, bu binalar dövlət komissiyasına təhvil verə bilmirlər. Şirkətlər buna baxmayaraq mənzilləri satırlar. Su və işığın təhlükəsizlik baxımından o qədər təhlükəsi yoxdur. ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi neçə illərdir qeyd edir ki, bu binalar dövlət komissiyasına təhvil verilibsə, orada qısa müddətdə qaz çəkilə bilər. Hansı binalar təhlükəsizlik baxımından normal deyilsə, bura qaz vermək mümkün deyil".

Tarix
2014.02.14 / 13:45
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla