Yuxarı

Fəzail Ağamalı İcra başçılarını hədəfə aldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcra başçıları bələdiyyələri özünün "beşinci təkəri"nə çevrimək istəyirlər.

"Axar.az" xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı bu gün Milli Məclisin plenar iclasında Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2013-cü il üzrə illik məruzə ətrafında gedən müzakirələr zamanı millət vəkili Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, bu gün ölkədə bir sra rayonların icra başçıları bələdiyyələrə maneçilik edir:
"İcra başçıları bu gün bələdiyyələri özünün "beşinci təkər"inə çevirməyə cəhd edirlər. Nə qədər ki, belə maneələr var, bələdiyyələrin inkişafı problem olaraq qalacaq".

Bundan əlavə, onun fikrincə, bələdiyyə sədrləri də seçicilər tərəfindən seçilməlidir: "Onlar İcra başçılarının "siyahısı" ilə deyil, digər bələdiyyə üzvləri kimi birbaşa xalq tərəfindən seçilsə, onların məsuliyyəti də artar".
O, həmçinin mənzil-istismar sahələrinin ləğv edilərək onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi təklifi ilə çıxış edib:

"Mənzil istismar sahələri adlı qurum var. Bu, Sovet zamanından qalmış qurumlar artıq öz funksiyasını bitirib. Onların ləğvinə ehtiyac var. Onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi müsbət hal olardı".

Millət vəkili Fazil Mustafa da bələdiyyə sədrlərinin birbaşa seçicilər tərəfindən seçilməsi təklifi ilə çıxış edib.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə bir sıra bələdiyyələrin işini ciddi tənqid edib. O, eyni zamanda 2014-cü ilin büdcəsində bələdiyyələrə ayrılan vəsaitin həcmindən narazılığını ifadə edib:

"Ölkədə 1716 bələdiyyəyə cəmi 5,2 milyon manat vəsait ayrılıb. Amma kino çəkilişinə 6,5 milyon manat ayrılıb. O vaxt büdcə komitələrdə müzakirə olunarkən bu məsələ ilə bağlı maliyyə nazirindən soruşanda o bildiridi ki, bələdiyyələrlə bağlı büdcənin öhdəliyi yoxdur. Məgər büdcənin kino çəklişləri ilə bağlı öhdəliyi var? Belə çıxşmasın ki, mən kino çəkilişlərinin əleyhinəyəm. Ancaq bələdəiyyələrə ayrılan vəsaitin də həcmini heç cür qanedici hesab edə bilmərəm".

Tarix
2014.02.14 / 13:27
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla