Yuxarı

Bakıda baş redaktor xüsusi əməliyyatla həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İrəvan Press" qazetinin baş redaktoru, Bakı şəhər sakini Azər Abbasovun şantaj yolla pul tələb etməsi və mənimsədiyi müəyyən edilib.

"Axar.az"ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində "İrəvan Press" qazetinin baş redaktoru həbs edilib.

Bakı şəhər sakini Azər Abbasovun "jam.az" və "naviqator.info" internet saytlarında Şirvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vasif Əliyev və Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin müdiri Çingiz Əhmədov barələrində həqiqətə uyğun olmayan məlumatlar yerləşdirməklə onları şantaj edərək gəlir əldə etmək istəyib.

Adıçəkilən şəxslər haqqında rüsvayedici məlumatların müxtəlif internet saytlarında yayılacağı hədəsi ilə hər birindən 300 manat pulu "Azərpoçt" MMC vasitəsi ilə öz adına göndərimələrini tələb etdiyi və həmin vəsaiti poçt vasitəsi ilə çıxararaq mənimsədiyi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Tarix
2014.02.14 / 12:59
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla