Yuxarı

Partlayan obyektin sahibi danışdı - Eksklüziv

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Partlayış "Kontekst" firması işçilərinin təmir zamanı yol verdikləri diqqətsizlik nəticəsində baş verib".

Bu sözləri "Axar.az"a açıqlamasında Xətai rayonunda Müdafiə Sənayesi Nazirliyinin Radioquraşdırma Zavodunun yaxınlığındakı "Lukoil" yanacaqdoldurma məntəqəsinin müdiri Bahadur Hüseynov deyib. Onun sözlərinə görə, yanacaqdoldurma məntəqəsi 26 gündür ki, işləmirdi:

"Bu gün 26 gündür ki, yanacaqdoldurma məntəqəsi işləmir. Burda əsaslı təmir işləri aparması üçün "Kontekst" firması ilə müqavilə imzalamışıq. Təmir işləri demək olar ki, başa çatmışdı. Hadisə benzin çənlərini təmizləmək üçün doldurulmuş suyun su nasosu ilə kənara vurulması nəticəsində baş verib. "Kontekst"in işçiləri nasosu quraşdırarkən diqqətsizliyə yol veriblər. Nasosun matoru işləyərkən qığılçım baş verib və yaxınlıqdakı qazla dolu olan çəndə partlayış olub".

B.Hüseynovun sözlərinə görə, ölən hər iki şəxs təmir işləri aparan "Konteks" firmasının işçiləridir.

Xatırladaq ki, bu gün Bakı şəhəri, Xətai rayonu Ramiz Quliyev küçəsində yerləşən təmirə dayanmış "Lukoil" yanacaq doldurma məntəqəsində partlayış baş verib. Nəticədə 2 nəfər - Şamxal Orucov və Həsrət İmamverdiyev ölüb, Turab Həşimov isə xəsarət alıb.

Tarix
2014.02.13 / 21:34
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla