Yuxarı

Bakıdakı partlayışlarla bağlı cinayət işi açıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanacaqdoldurma məntəqəsində və yarımçıq tikilidə baş vermiş partlayış hadisələri ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Bakının Xətai rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış hadisəsi ilə bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Həmçinin Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən ümumi sahəsi 600 kv.m olan yarımçıq tikilinin zirzəmi hissəsində baş verən partlayışla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, bu gün Bakının Xətai rayonunda Müdafiə Sənayesi Nazirliyinin Radioquraşdırma Zavodunun yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, bir nəfər yaralanıb; Binəqədi rayon, 8-ci mikrorayon, S.S.Axundov küçəsindəki 600 kv m sahəsi olan yarımçıq tikilidəki partlayış nəticəsində isə 4 nəfər xəsarət alıb.

Tarix
2014.02.13 / 20:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla