Yuxarı

Biləsuvarda güclü partlayış: 2 nəfər öldü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar şəhər Heydər Əliyev prospektində Naxçıvan sakini Cəfərov Şahin Həsən oğluna məxsus yanacaq daşıyan qoşqulu "Kamaz" markalı maşın partlayıb.

"Axar.az" "Qaynarinfo"ya istinadla xəbər verir ki, partlayışın təsirindən maşın 10 metr göyə qalxaraq parçalanıb.

Hadisə nəticəsində sürücü dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb, digər xəsarət alanlar haqqında məlumat verilmir.

APA-nın xəbərinə görə, hadisə saat 16.30 radələrində köhnə "Kimya Birliyi" kimi tanınan idarənin həyətində qeydə alınıb. Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon sakini Cəfərli Şaiq Həsən oğluna məxsus yanacaq daşıyan qoşqulu "KamAZ" markalı avtomobildə qaynaq işləri aparılması çənin partlamasına səbəb olub. Partlayış nəticəsində iki nəfər - sürücü Şaiq Cəfərli və qaynaqçı, Biləsuvar rayon sakini Poladov Əjdər Ziyad oğlu hadisə yerindəcə dünyasını dəyişiblər. Bir nəfər Biləsuvar rayon sakini, 1970-ci il təvəllüdlü Təzəxan Poladov isə yaralı halda Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Faktla bağlı rayon hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində araşdırma aparılır.

Tarix
2014.02.13 / 16:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla