Yuxarı

Rus xalqı Rusiyanın gücsüzlüyündən bezib - Şok şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nəzəri olaraq Rusiyadan "yeni SSRİ" yarana bilərdi".

Bu sözləri "Axar.az"a açıqlamasında rus politoloqu Qriqori Trofimçuk deyib.

O, SSRİ-nin yenidən formalaşması anlayışını qəbul etmədiyini bildirib:

"Nəzəri olaraq Rusiyadan "yeni SSRİ" yarana bilərdi. Amma bütün bunlar yalnız bir halda mümkün olardı ki, Sovet İttifaqının çökməsindən sonra Rusiya öz ideloji quruluşunu, siyasi, iqtisadi, ictimai-sosial sferadakı fəaliyyətini dəyişməyəydi. Bax, bu format qalsaydı, onun yenidən doğması üçün şans yaranardı".

Politoloq hazırda Rusiyanın heç bir şey üçün pulu qalmadığını qeyd edib:

"Hazırkı məqamda Rusiya Federasiyası özündə praktiki olaraq heç nəyə pulu olmayan tipik liberal-demokratik sistemi əks etdirir. Bütün büdcənin pulları dar mənada rus milyarderlərinin cibinə axır. Ona görə də biz rus gücünün doğulmasından yalnız bu parazit qrupun Rusiya Federasiyasından qovulmağından sonra danışa bilərik".

Q.Trofimçuk həmçinin Rusiyanın Gömrük İttifaqı vasitəsilə öz gücünü ətrafa yayması üçün pulu olmadığını söyləyib:

"Gömrük İttifaqının məqsədi – kiçik xərclərlə böyük pullar qazanmaqdır. Sovetlərdə isə bu, əksinə idi. Burada siyasət hər zaman iqtisadiyyatdan bir addım öndə dayanırdı. SSRİ hər zaman başqa ölkəyə öz təsirini gücləndirməkdən ötrü heç bir qarşılığı olmayan maliyyə xərcləri ayırırdı. Hazırkı Rusiyanın isə nə belə arzusu, nə də belə pulu var".

O bu dəqiqə Gömrük İttifaqında ən böyük mübahisənin məhz Çinin təşkilatdakı statusu ilə bağlı olduğunu vurğulayıb:

"Gömrük İttifaqının genişlənməsində bu dəqiqə ən böyük problem Çinin bu sistemdə hansı yeri tutmasındadır. Rusiya hələ də buna cavab verə bilməyib. Çin Şanxay Əməkdaşlıq Təşkilatının tərkibinə daxildir. Bu, hər kəsə bəllidir. Amma onun burada hansı statusa malik olmasına hələ də cavab verilmir. Bu isə o qədər də yaxşı bir şey deyil. Çünki bu məqamda əsas mübahisə mövzusu həm Rusiya, həm Çinin maraqlarının toqquşduğu Mərkəzi Asiya olur".

Q.Trofimçuk artıq rus xalqının da Rusiyanın gücsüzlüyündən bezdiyini deyib:

"Rusiya öz daxilində Vasilyev və Serdyukov kimi yüksək çinli korrupsioner məmurlara qarşı real mübarizə aparsa və faktiki onların çoxunu güllələtsə, o zaman əsl güclü Rusiya peyda olacaq. Amma hələlik Rusiya faktiki hər kəsə qarşı yumşaq, mehriban və loyal münasibətdədir. Bu isə ondan əsl güc gözləyən rus xalqını qane etmir. Ruslar artıq sonsuz liberalizmdən və demokratiyadan yorulublar".

Qeyd edək ki, dünən Polşa mətbuatı Rusiyanın Gömrük İttifaqı vasitəsilə yenidən öz təsirini MDB ölkələrində gücləndirmək istədiyini yazmışdı. Mətbuat həmçinin bununla əlaqədar Rusiyanın postsovet məkanı ölkələrinin paytaxtlarında özünə müttəfiqlər axtaracağını qeyd etmişdi.

Tarix
2014.02.13 / 16:34
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla