Yuxarı

"İmran Cəfərzadə yeriməyə çalışır"

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İmran Cəfərzadənin "Bavaria" rehabilitasiya mərkəzində fizioterapiya kursları davam edir. Hazırda həkimlər xəstənin müxtəlif sınaq protezlərin köməyilə yeriməsinə nail olmağa çalışırlar".

Bu sözləri "Publika.Az"a açıqlamasında Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat ataşesi Vüqar Qafarov deyib.

"İmranın dizdən aşağı qopmuş ayağının protez vasitəsilə hərəkətliyi təmin olunduqdan sonra onun ayağına fərdi qaydada uyğunlaşdırılmış protez qoyulacaq. Bundan sonra, İmranın müalicəsinə rəhbərlik edən "Charite" klinikası məqsədəuyğun hesab edərsə, o Azərbaycana geri qayıda bilər".

V.Qafarov onu da əlavə edib ki, İ.Cəfərzadənin fiziki və psixoloji durumu normaldır. Onun geri qayıtması ilə bağlı hələ ki, konkret vaxt deyilməyib.

Xatırladaq ki, ötən il iyulun 21-də Xaçmaz rayonunda yerləşən "Nabran Holiday Village" akvaparkının hovuzunda çimərkən 3 yaşlı İmran Cəfərzadə işə düşən və üzəri açıq olan su nasosuna sovrulub. Nəticədə körpənin bir ayağı qopub, digərində isə ciddi zədələr meydana gəlib. Hazırda İmran Cəfərzadənin müalicəsi prezident İlham Əliyevin xüsusi göstərişi ilə Almaniyada davam etdirilir.

Tarix
2014.02.13 / 16:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla