Yuxarı

Yeni kredit forması durğunluq yaradacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Banklar avtomobillərə yeni kredit qaydalarını tətbiq etməklə çalışırlar ki, risklərini azaltsınlar, çünki ilkin ödənişlərin yüksək olması risklərin azaldılmasına gətirib çıxardır".

Bu sözləri avtomobillərə yeni kredit qaydalarının tətbiq edilməsi məsələsi ilə bağlı iqtisadçı Vüqar Bayramov "Axar.az"a açıqlamasında söyləyib.

Vüqar Bayramov avtomobillərə tətbiq olunan hazırki kredit formasının kredit mahiyyətini aşağı saldığını bildirib:

"20 min manatlıq avtomobil alan şəxs ilkin ödəniş üçün 16 min manat ödəniş etməlidir və 4 min manatı kredit formasında götürməlidir. Əslində, bu kreditə olan marağın azalmasına gətirib çıxardır. Çünki alıcı 20 min manatlıq avtomobilin 16 min manatını nağd ödəyirsə, qalan 4 min manatı kredit formasında ödəmək onun üçün heç bir əhəmiyyət kəsb etmir və bu proses kredit mahiyyətini aşağı salır".

O, həmçinin, yeni kredit formasının tətbiqini avtomobil bazarlarında ciddi durğunluğun yaşanmasına gətirib çıxaracağını vurğulayıb:

"Nəzərə alsaq ki, ölkəyə 103 min avtomobil gətirilib və bunların 94 minini minik avtomobilləri təşkil edib. Həmin avtomobillərin təxminən 70 %-i vətəndaşlara kredit yolu ilə təklif olunur. Avtomobil kreditlərinin dayandırılması, eyni zamanda, bazarda da ciddi durğunluğun yaşanmasına gətirib çıxarda bilər. Onu deyə bilərəm ki, banklar bu cür ağır şərtlərlə kredit verməyə davam etsələr, bu proses heç də səmərəli olmayacaq. Kreditlərin əvvəlki formada tətbiq olunması isə kommersiya banklarından asılıdır. Amma biz çox da yaxın zamanlarda avtomobil kreditlərinin əvvəlki şərtlərlə bərpasına inanmırıq".

Qeyd edək ki, yeni tətbiq olunan avtomobil kreditlərinə əsasən, təzə avtomobillərdə ilkin ödəniş 40-50%, istehsal tarixindən bir il keçmiş avtomobillərdə isə ilkin ödənişin məbləği 80% təşkil edir.

Tarix
2014.02.12 / 17:39
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla