Yuxarı

Smartfon telefonlar yuxusuzluğa səbəb olur

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Smartfon telefonlar yuxusuzluğa səbəb olan ciddi amil adlandırılıb. Yatmazdan əvvəl bir çox insanlar poçtu yoxlayır, SMS mesajları oxuyur, sosial şəbəkələrdə mesaja cavab verirlər. Nəticədə cihazı çarpayısının yaxınlığında yerləşdirmiş istifadəçilər yata bilmirlər.

"Axar.az" bu haqda xarici mətbuata istinadən xəbər verir.

Kaliforniya universiteti yanında Yuxu Pozulmaları Mərkəzinin direktoru doktor Devid Kleman "Gecənin bir anı oyanıb telefonu yoxlayırsınızsa, gördüklərinizlə bağlı mütləq narahatlıq hiss edəcək və gərginlik keçirəcəksiniz",- deyib. Həkimin sözlərinə görə, məhz mobil qurğular yuxu ilə bağlı şikayətlərin artmasına səbəb olub.

Harvard tibb məktəbindən nevroloq Orfyu Bakston, həmçinin hesab edir ki, "Yataq otağında smartfon və ya planşetin mövcudluğu yatmağa mane olan həyəcanın səbəbi ola bilər. Bu o deməkdir ki, siz heç vaxt yuxuya getmirsiniz və ayıqsınız, bu isə yuxusuzluğun əsl əlamətləridir",- deyir. 2013-cü ildə Feysbukun sifarişilə "IDC Research" tərəfindən keçirilmiş sorğuya əsasən, ABŞ-da smartfon sahiblərinin 44%-i cihazdan zəngli saat kimi istifadə edirlər. Gecə vaxtı bilmək üçün cihaza baxan smartfon sahibləri internetdən çarxları izləyərək yuxusuz qalırlar. Həkimlər belə hallarda interneti olmayan və tətbiq quraşdırıla bilməyən ucuz zəngli saat almağı, planşet və ya telefonu başqa otaqda enerji ilə doldurmağı tövsiyə edirlər.

Tarix
2014.02.12 / 13:16
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla