Yuxarı

Nöqsana yol vermiş məmurlar cəzalanacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial sığorta sistemində fərdi uçota alınanların sayı 2013-cü ildə 425 min nəfərdən çox artıb.

"Axar.az" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ötən ilin yekunlarına həsr olunan iclasda məlumat verib. Fond sədri bildirib ki, 2014-cü ilin 1 yanvar tarixinə 2 milyon 691 mindən çox sığorta olunana sosial sığorta nömrəsi verilib. Onlar üçün fərdi hesab açılıb.

2013-cü il ərzində, eyni zamanda, sığorta edənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığorta olunanlar haqqında məlumatların qəbulu prosesi aparılıb:

"Fondun internet saytında fərdi şəxsi hesablarda əksolunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığorta olunanların məlumatlandırılması xidməti fəaliyyətini davam etdirib. Bu xidmət çərçivəsində hər bir sığorta olunan fərdi şəxsi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanına malikdir ki, bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir".

DSMF sədri 2013-cü ildə də Azərbaycanda həyata keçirilən sığorta - pensiya islahatlarının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. O, 2013-cü ildə Azərbaycanın Avropa ölkələri ilə bir sırada Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçildiyini də deyib.

İclasında Fondun yerli orqanlarının 2013-cü ildəki fəaliyyəti ətraflı təhlil edilib və öz işində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul olunub.

Müzakirələr zamanı məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi və vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin daha da sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Tarix
2014.02.12 / 12:50
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla