Yuxarı

“Köylü türklər”ə məğlubiyyətimizin bir günü

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Köylütürklər" üzərində PİR qələbəsi

Sosial mediada həmişə birlik, qardaşlıq mesajları verən Azərbaycan və Türkiyə fəalları arasında iki gün öncə Tvitterdə əməlli-başlı sözlü "müharibə" başladı.

Virtual məkandakı savaş bitsə də, bizimkilərin qələbə eyforiyası bitmək bilmir. Neçə gündür ki, virtual məkanda qələbə qazanmaqlarından bəh-bəhlə danışırlar. Səbəbə baxmadan nəticəyə sevinirlər.

Hadisənin qısa arayışı

Olay tvitterdə başladı. İki azərbaycanlı fəal öz arasında "Dexter" adlı filmi müzakirə edərkən Türkiyəli tvitter istifadəçilərindən biri Azərbaycan dili ilə məzələnən tvit atır. Bizim tvitter fəallarımızdan olan Cavid Ağa adlı istifadəçi həmin türkiyəli tvitter istifadəçisinə yarızarafat-yarıciddi cavab verir:

"Sen takıl kendi köylü türkcenle abi, aristokratik azerice sizlere göre değil".

Hər şey bu tvitdən sonra başlayır. Türkiyəli "abi" isə bizimkinin tvitinə burda yaza bilməyəcəyim qədər təhqir dolu tvitlə cavab verir və hər 2 tərəf ətrafına virtual dostlarını topladıqdan sonra "savaş başlayır".

Nə yemisən turşlu aş...

Bizimkilər yazır:

Ruslar bizdən Müslüm Moqamayev çıxardı, türklər azəri qızı Günel, fərq budur. #köylütürkler

Bizim konservatoriyanı silkələsən 10-15 dənə Fazıl Say tökülər, bir dənə geydirmə pianoçuları var, dünyanı bezdiriblər #köylütürkler

Sosial şəbəkələrdə azərbaycanlılardan daha köhnə və güclü olan türkiyəlilər bu savaşda məğlub oldu. Olaya səbəb-nəticə əlaqəsindən baxanda bizimkilərin tragikomediyası çılpaqlığı ilə ortaya çıxır. Niyəsini yazacam.

İgidi öldür haqqını yemə

Unutmadan bir şeyi deməliyəm ki, azərbaycanlı istifadəçilər türkiyəli tvitterçilərdən daha dözümlü və tənqidlə təhqiri ayıra biləcək qədər duyarlı idi. Məsələn, azərbaycanlıların tənqidinə cavab yaza bilməyən türkiyəli qardaşlarımız yazır:

"Türk ermeni kardeşdir, azeriler kalleşdir, yaşasın karabağ-ermeni yönetimi #köylütürkler"

Türkiyəli qardaşların başqa tvitlərini də yazmaq olar. Amma sizə söyüş oxutmağı gərəksiz bilirəm.

Heç kimə sirr deyil ki, mübahisə zamanı insan arqument gətirə bilməyəndə söyüşə "əl atır". Bunu bilmək üçün Freyd olmaq lazım deyil. Azərbaycan Türkiyədən dəfələrlə tənqid ediləcək bir ölkə olduğu halda Türkiyəli tvitterçilər bu işdə aciz idilər.

Azərbaycanlılardan isə kreativlik yağırdı:

1. Bu adamların ən çox baxılan filmi "Receb-İvedik"dir, Allah sən saxla #köylütürkler

2. Bir dəfə Türkiyədə heyvanları qoruma dərnəyinin açılışında qurban kəsmişdilər. Çox mistik mənzərə idi. #köylütürkler

PİRR qələbəsindən başqa bir şey deyil

Virtual savaşın fəlsəfəsi qarşı tərəfin utancverici tərəflərini tvitləşdirmək idi. Sadə insanlarımız bütün günü türk kanallarına baxır, ziyalılar türk mediasına baxır, kitablarını oxuyur, gündəmlərini izləyir. Türkiyəli tvitterçilər Azərbaycan haqqında çox az bilgi sahibi olduğu üçün bizimkilərdən geri qalırdılar. Məsələyə başqa tərəfdən baxsaq və bir az fəlsəfi yanaşsaq, tvitterdə qazandığımız qələbənin əslində Türkiyə toplumu qarşısında məğlubiyyətimiz olduğunu və cəmiyyət olaraq, qardaş ölkəyə çoxdan uduzduğumuzu görərik. Necə deyərlər, məğlubiyyətə bərabər olan Pirr qələbəsi...

Adamlar bizim ölkə haqqında heç nə bilmir. Türkiyə mediasında ölkəmiz haqqında məlumatlar olduqca az yayımlanır. Ona görə ki, Azərbaycan onlar üçün maraqlı deyil. Ancaq Azərbaycan mediasında Türkiyə haqqında hər gün palaz-palaz yazılar yazılır və oxunur. Kitablarını oxuyurq, musiqilərini dinləyirik, restoranlarına gedirik, geyimlərini geyirik....

Tvitterdəki bu söz dueli məsələn, Uqanda ilə ABŞ arasında baş versəydi, yəqin ki, uqandalılar dünyanın superdövlətini daha çox rüsvay edərdilər. Hətta dünyanın superdövlətindən olan tvitterçilərə acımazdılar. Çünki Uqanda ilə ABŞ, birlik və qardaşlıq mesajları verməyib və eyni soy-kökdən də gəlmir.

Tarix
2014.02.11 / 12:45
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Mustafa Dəstəçi: “Ermənilər Türkiyədən deportasiya edilməlidir”

Türkiyəli deputatlar vurulan helikopterdən danışdı - Özəl

İngilis jurnalistin Türkiyədən qalmaqallı araşdırması - Fotolar

Azərbaycanlı tələbələr Türkiyədə aksiya keçirdi - Foto

ABŞ İŞİD-i Türkiyə ərazisindən vuracaq - Müqavilə

Gecə toqquşmaları 12 can aldı – Türkiyə/Video

Dekan rüşvət verməyən tələbə qızı təhqir etdi - Bakıda

Lənkəranda polisi öldürənlər tutuldu

Pulsuz dövlət xəstəxanalarında müayinə neçəyədir? – Qiymətlər

“Ata, zəng etdim ki, milyon qazandığımı deyəm” - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla