Yuxarı

Mavilərin başını kəsdirən prezident Türkiyədə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəsində homoseksualların başlarını kəsdirən Qambiya prezidenti Ankaraya dəvət olunub.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qambiyanın prezidenti Yəhya Cammeh Türkiyə prezidenti Abdullah Gülün dəvətlisi olaraq bu gün Ankaraya gəlir. 11 fevral ziyarət çərçivəsində iki ölkə arasındakı əlaqələr müzakirə ediləcək.

Ya itaət edin, ya da cəhənnəmə gedin

Xatırladaq ki Afrikada müsəlman ölkə olan Qambiyada 1994-cü ildə çevrilişlə hakimiyyətə gələn Cammeh edam cəzasını yenidən qüvvəyə mindirmişdi. Ölkədəki eynicinslilərin başlarının kəsilməsi əmrini verib. Əlində əsa və təsbehlə gəzən Cammeh daha əvvəl də Qambiya Hərbi-Polis Komandiri vəzifəsində çalışıb. 2004-cü ilin aprel ayında jurnalistlərə "ya bizə itaət edin, ya da cəhənnəmə gedin" deyən Cammeh "Qambiya inananların ölkəsidir. Homoseksuallıq günahdır və buna loyal yanaşmaq olmaz. Yaxalanan həmcinslərin başı kəsiləcək" demişdi. 2 milyon əhalisi olan Qambiyada işləyənlər daha çox ibadət etsinlər deyə, iş günü sayını dördə endirib. Ölkə cümə, şənbə və bazar günləri tətil edir.

Balaca toplarla seçkiləri qazanır

Çevrilişlə hakimiyyətə gələn Cammeh daha sonra da seçkiləri qazanıb. Ölkədə yazıb-oxuma səviyyəsi 40% olduğu üçün balaca toplarla seçkilər keçirilir. Xalq seçki qutusunun yerinə fərqli rənglərdə olan su bidonlarına balaca top atır. Son seçkilərdə də üç namizəd üçün sarı, mavi və yaşıl bidondan istifadə olunub. Bidonların üzərində namizədlərin fotoları olduğu üçün hamının kimə səs verdiyi bəlli olur. Bu vəziyyətdən xalq üzərində mövcud hakimiyyətinin nəzarətini saxlamaq üçün istifadə edilir.

Tarix
2014.02.10 / 18:18
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla