Yuxarı

Əlil qocalar pansionatdan çıxarılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatdakı 60 yaşa qədər olan qocalar başqa pansionatlara köçürülür.

"Axar.az"a Azad İstehlakçılar Birliyinin (AİB) nəzdində yaradılmış Tibbi müayinə və müalicə, eləcə də profilaktik bərpa iştirakçı hüquqlarının müdafiəsi komissiyasının sədri Əhməd Rəhmanovun verdiyi məlumata görə, Respublika Prezidentinin də açılışında iştirak etdiyi Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün nəzərdə tutulan pansionatdakı qocalar başqa pansionatlara köçürülür:

"Bilgəhdəki Qocalar Evindəki 60 yaşa qədər olan qocalar başqa-başqa qocalar evinə köçürülür. Maraqlısı budur ki, 60 yaşa qədər olan qocaların hamısı yox, bəzisi. Madam ki, bəzisini köçürürlər, bəs hansı kriteriyaya görə? Bax, bu, bəlli deyil. Özü də hara köçürdüklərinə dair heç bir söz demirlər".

Nazirlik təkzib edir...

Məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elman Babayev "Axar.az"a açıqlamasında bildirdi ki, heç kim heç hara köçürülmür:

"Yalan söhbətdir. Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatdan heç kim, heç yerə köçürülmür".

Direktor isə təsdiqləyir

Müharibə və əmək əlilləri üçün pansionatının direktoru Qətibə Əsədova isə bildirdi ki, xəbər doğrudur:

"Bəli, doğrudur. 34 yaşdan 60 yaşa qədər olan hər kəsi başqa - ruhi xəstələr evinə və Gəncədə, Göygöldə, Buzovnada olan internat evlərinə köçürüləcəklər".

Tarix
2014.02.10 / 17:07
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla