Yuxarı

Azərbaycanda 6 bal gücündə zəlzələ oldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:12

Bir neçə dəqiqə əvvəl Bakıda zəlzələ olub.

"Axar.az"ın redaksiyasının yerləşdiyi Bakının 7-ci mkr ərazisində yeraltı təkanlar ciddi şəkildə hiss olunub. Qobustan-Şamaxı ərazisindən aldığımız məlumata görə, yeraltı təkanlar daha ciddi formada orada da özünü göstərib.

Hazırda yeraltı təkanların hiss olunduğu Gəncə, Sumqayıt, Ağsu, Ağcabədi və daha bir neçə rayondan redaksiyaya xəbərlər daxil olmaqdadır. İlkin ehtiimallara görə, zəlzələ bütün ölkədə hiss olunub.

Azərbaycanın Seysmoloji Xidmət Mərkəzindən zəlzələ faktını təsdiqləsə də, zəlzələnin gücünü hələ müəyyənləşdirmədiklərini bildirdilər.

***

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi bir neçə dəqiqə öncə Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb. İlkin məlumata görə, zəlzələnin maqnitudası 5.4 olub.

Zəlzələnin episentri yerli vaxtla saat 16:06 Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində qeydə alınıb.

***

16:57

Seysmoloji Mərkəzin yenilədiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 16:06:49 Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində qeydə alınıb. Zəlzələ episentrdə Rixter şkalası üzrə 6 bala yaxın, respublika ərazisində 5-3 bala qədər hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

***

Meyxanaçı Namiq Qaraçuxurlu zəlzələ baş verən anı kameranın yaddaşına köşürüb və onu sosial şəbəkədə payıaşıb. Həmin görüntünü təqdim edirik:

Tarix
2014.02.10 / 17:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla