Yuxarı

Telman İsmayılov qəbiristanlıqda restoran tikib - Qalmaqal

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın Sokol rayonunda yerləşən "Qardaşlıq qəbirstanlığı"nın bir hissəsinin satılması yerli sakinləri qəzəbləndirib.

"Axar.az"ın rus mediasına istinadən məlumatına görə, adıgedən qəbirstanlıq hələ 1915-ci ildə, 2-ci Nikolayın zamanında knyaginya Yelizaveta Fedorovnanın təşəbbüsü ilə salınıb. Həmin qəbirstanlıqda Birinci Dünya Müharibəsi zamanı həlak olan əsgər və zabitlər dəfn edilib.

Bir tarixi abidə kimi qəbirstanlığın yaranmasının 100 illiyini qeyd etməyə hazırlaşan ruslara indi məlum olub ki, oranın böyük hissəsi biznes layihə üçün kimlərəsə satılıb. Üstəlik, orada restoran da tikilib və nəticədə o da məlum olub ki, həmin restoran Telman İsmayılova məxsus imiş.

Həmin ərazi Telman İsmayılovun qardaşı Fazil İsmayılov Moskva şəhəri Sokol rayonunun prefekti olarkən ona satılıb. Yəni qəbirstanlıqdakı ərazini çox cüzi məbləğ miqdarında oliqarx qardaş alıb.

İndi ruslar gələn ilədək həmin ərazinin boşaldılmasını tələb edirlər. Əks halda restoranı uçuracaqları ilə hədələyirlər.

Tarix
2014.02.10 / 13:27
Müəllif
Ceyhun Səmədov
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla