Yuxarı

SOCAR-da kütləvi ixtisarlar sürətlənir - ÖZƏL

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində kütləvi ixtisarlar davam edir. İxtisasların indiki hədəfi Neft İstismarı və İxtisaslaşdırılmış Xüsusi Texnika idarələridir.

Bu barədə "Axar.az"a neft sektorunda çalışan və ixtisara düşməsindən ehtiyat edən işçilər məlumat verdi.

Neftçilər dedi ki, iş yerlərini itirmək onların illərdir həsrətində olduqları evdən də məhrum edir:

"Neçə ildir ki, ev növbəsindəyik. İndi idarənin başqa idarələrə birləşdirilməsi və kütləvi ixtisarların olması gündəmdədir. Bizim idarə ilə başqa idarəni birləşdirəndə məcburi ixtisarlar gedəcək. Çünki hər texnika və ixtisas üzrə ştat yerlərin sayı məhduddur. Belə olan halda ixtisar olunmağımız qaçılmazdır. Bu idarədə 25 ildir ki, çalışırıq. Ev növbəmizin vaxtı da çatıb. Dövlət hesabına güzəştli ev almalı idi. İndiki vəziyyətdə isə işi itirməklə bərabər, həm də ev növbəsini itirəcəyik. Bu isə 25 illik işimizi heç edir".

Neft İstismar və İxtisaslaşdırılmış Xüsusi Texnika idarələri ilə bərabər ARDNŞ-ın nəzdində olan Geofizika və Geologiya İdarəsinin üç istehsalat müəssisəsi – Kəşfiyyatgeofizika, Mədəngeofizika və Kompleks geoloji-kəşfiyyat və topoqrafiya idarələrinin ləğv edilməsi də planlaşdırırlır.

Qeyd edək ki, ARDNŞ-də ciddi struktur islahatları və ixtisarlar 2 ildir ki, aparılır. 2011-ci ildə Sosial İnkişaf İdarəsinin tabeliyində olan mənzil-istismar idarələri, təhsil və səhiyyə ocaqları şirkətin tərkibindən çıxarılaraq təyinatına uyğun qurumlara verilmişdi.

Tarix
2014.02.10 / 12:37
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla