Yuxarı

Azərbaycan əsgərləri and içdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

"Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Silahlı Qüvvələrin birlikləri və Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin ərazilərində təşkil edilən mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət himni oxunub və tədbir açıq elan edilib.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak edib. Andiçmə mərasimində çıxış edən hərbi qulluqçular, valideynlər və ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini artırmaları, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini və işğal olunan torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmağı tövsiyə ediblər.

Rəsmi mərasim bağlı elan olunduqdan sonra şəxsi heyətin qarşısında konsert proqramı təşkil olunub, əsgərlərin valideyinləri ilə görüşləri və hərbi hissələrdə yaradılmış şəraitlə tanışlıq olub.

Tarix
2014.02.10 / 11:35
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla