Yuxarı

Azərbaycanda 40 min insana saxta diplom verilib - İddia

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyinə yaxın mənbələrdən "Modern.az"a daxil olam məlumata görə, hazırda ölkədə 40 minə yaxın saxta diplom daşıyıcısı var.

Ən təhlükəlisi isə odur ki, bunların yarıya qədəri müxtəlif qurumlarda çalışırlar.

Qeyd edək ki, Təhsil naziri Mikayıl Cabbarovun saxta diplomlarla bağlı verdiyi açıqlama universitetlərdə təşviş yaradıb. Bu məsələylə bağlı hətta bəzi universitetlər saxta diplom məsələsinə görə bir neçə müəllimi işdən azad edib. Təhsil Nazirliyinin gündəmdə saxladığı bu məsələ ətrafında artıq araşdırılmalara başlanılıb. Məsələ ilə bağlı Baş Prokurorluqda da araşdırmaların aparıldığı bildirilir.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında deyib ki, bəzi ali təhsil müəssisələri tərəfindən verilmiş saxta diplomlarla əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
2014.02.10 / 10:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla