Yuxarı

Cavaxetiya separatçısı Türkiyəyə od yağdırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Cavaxetiya bölgəsində illərdir separatçılıqla məşğul olan Vaaqn Çaxalyan Türkiyədə yaşayan qatı erməni millətçisi Sevan Nişanyanın həbsi ilə bağlı bəyanat yayıb.

"Axar.az"ın erməni mediasına istinadən verdiyi məlumata görə, o, bəyanatında Türkiyə dövlətindən Sevan Nişanyanın dərhal azad olunmasını tələb edib. Hədə dolu sənəddə deyilir ki, bu, türklərin ermənilərə qarşı ayrıseçkiliyin tərkib hissəsidir:

"2 yanvar 2014-ci ildən Türkiyə vətəndaşı, jurnalist və erməni əsilli hüquq müdafiəçisi Sevan Nişanyan haqsız olaraq İzmir həbsxanasına salınıb. Üzücü haldır ki, regionumuz və dünyada elə də az sayda jurnalist, ziyalı həbsə atılmayıb. Sevanla bağlı məsələ isə, tamam başqadır. 42 kvadratlıq tikiliyə görə adamı 2 illiyə həbsə atarlar? Bu, türk hüquq–mühafizə sisteminin utanmaz hərəkətidir. Türk şirkətləri Cavaxetiyada nəhəng Su Elektrik stansiyası, Bakı-Tiflis-Qars dəmiryolu kimi o qədər qeyri-qanuni inşaat işləri görür ki, Sevanın məsələsi bunların yanında heç dilə gətiriləsi deyil. Dünya birliyindən dəstək istəyirəm. Türkiyədən Nişanyanın dərhal azadlığa buraxılmasını tələb edirəm".

Göründüyü kimi, separatçı Çaxalyan "bir güllə ilə iki dovşan vurmaq" məsəlinə uyğun hərəkət etməklə həm erməni millətçisinin azadlığa çıxmasını istəyir, həm də Azərbaycanın Gürcüstanda həyata keçirdiyi iri trans-milli layihələrdən əndişəsini gizlətmir.

Tarix
2014.02.09 / 19:52
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla