Yuxarı

Üzeyir Cəfərov: “Nazirliyin əməkdaşları hərbi sirr yayıblar”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müdafiə Nazirliyinin tankların cəbhə bölgəsinə yığılması ilə bağlı xəbərlərə indi reaksiya verməsi çox üzücüdür".

Bunu hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.

O bildirib ki, şişirdilmiş məlumatlardan əleyhimizə istifadə edilməsinə yol vermək olmaz:

"Mən düşünürdüm ki, bu söz-söhbət ictimailəşəndən sonra rəsmilər bu məsələyə reaksiya verəcək və məlumatların həqiqətə nə qədər uyğun olub-olmamasına münasibət bildirəcək. Həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənardan guya tankların və digər ağır texnikanın cəbhə bölgəsinə yığılması ilə bağlı məlumatlar o qədər şişirdildi ki, hətta bizi istəməyən qüvvələr də bundan yararlanmağa başladılar".

Hərbi jurnalist iddia edir ki, nazirliyin bəzi əməkdaşlarının səhvi nəticəsində bu cür yanlış xəbərlər ictimaiyyətə yayılıb:

"Üstündən on gün vaxt keçəndən sonra Baş Qərargah rəisi bu məsələyə qısa münasibət bildirdi ki, xəbərlər həqiqətə uyğun deyil. Əslində isə o, bir vəzifəli şəxs kimi borclu idi ki, bir qədər fərqli danışsın. Lakin onun bu məsələnin üstündən bir qədər sükütla keçməsi ona görə baş verdi ki, bizim MN-də oturan bəzi şəxslər çox kobud və hərbi sirrin yayılması ilə müşayiət olunan bir iş görüblər. Mən indi burda o məsələni açıb-ağartmaq istməzdim, amma buraxılan səhvin nəticəsi idi ki, müxtəlif sayiələr və dedi-qodular bu səviyyədə yayıldı. Bir sözlə, müharibə şəraitində olan ölkənin generalları ən xırda detalları belə diqqətdən qaçırmamalıdırlar. Və hər şeyə çevik və operativ reaksiya verməlidirlər" (Hafta.az)

Tarix
2014.02.09 / 15:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla