Yuxarı

Soçidə Azərbaycana da həqarət edildi – Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soçi Olimpiadasının açılış ssenarsinə görə, arenaya çıxan komandalardan öncə ölkələrin xəritələri stadion boyu televizya tamaşaçılarına təqdim olunub.

"Axar.az"ın məlumatına görə, milli yığmamız stadiona daxil olan zaman - Gürcüstan milli yığması ilə bağlı baş verən olaya uyğun - "duman örtüyü" Azərbaycanın əzəli torpaqları - Dağlıq Qarabağın da üstünü örtüb.

Xatırladaq ki, gürcü idmançılarının arenaya girdiyi zaman təqdim olunan xəritədə Gürcüstanın ərazi bütövlüyünün şübhə altına alınması gündəmdədir. Gürcü mediası və siyasi ekspertlərinin iddiasına görə, xəritədə Abxaziya və Cənubi Osetiya Gürcüstanın tərkibində göstərilməyib. Açılış mərasiminin getdiyi bir vaxtda "İmedi" telekanalında canlı efirə gedən "Mövqe" tok-şousunun qonağı olan Gürcüstanın Xarici İşlər naziri Maya Pancikidze insindentlə bağlı sualların qarşısında aciz qalıb. O, sadəcə, veriliş istırakcılarını bunu təxribat kimi qəbul etməməyə çağırıb. Videodan da görünürdü ki, xəritənin Abxaziya və Cənubi Osetiya olan hissələri qəribə dumanla "örtülüb".

Eyni "dumanın" həm də Dağlıq Qarabağın üstündə görünməsi artıq separatçı rejimlərə Rusiyanın münasibəti və Gürcüstan və Azərbaycan ərazi bütövlüyünə Rusiyanın etinasızlığı kimi qəbul olunmaqdadır.

Qeyd: Abxaziya və Osetiya kimi, Azərbaycan xəritəsində də Qarabağın üstündə "ağ duman" olduğu fotodan aydın görünür.

Tarix
2014.02.08 / 22:06
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla