Yuxarı

Zakir Həsənovun Feysbuk səhifəsi açılacaqmı? – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zakir Həsənovun özünə yeni bir səhifə açması şəxsi məsələdir".

Bu açıqlama "Axar.az"a Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mətbuat Katibliyindən verilib.

Mətbuat Xidmətindən Zakir Həsənovun yeni səhifəsinin açılması ilə bağlı məsələni cavablandırmaq ixtiyarında olmadıqları bildirilib: "Müdafiə Nazirliyi 2013-cü ilin oktyabr ayının sonunda Müdafiə naziri ilə heç bir əlaqəsi olmayan "facebook.com" sosial şəbəkəsində "General-Polkovnik Zakir Həsənov" adlı səhifə yaradılması ilə bağlı cari ilin yanvar ayının 17-də kütləvi informasiya vasitələri, ictimaiyyət nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Bundan dərhal sonra həmin səhifə sosial şəbəkələrdən yığışdırıldı və onun istifadəsi dayandırıldı.

Sizin sualınıza gəlincə isə bildirmək istərdim ki, Müdafiə Nazirliyi ictimaiyyətlə əlaqələri rəsmi internet səhifəsi, elektron poçt ünvanı və digər vasitələrlə operativ şəkildə qurur.

Müdafiə nazirinin Feysbuk səhifəsinin açılması məsələsi isə fərdi olaraq şəxsə aid olduğundan, bu məsələnin tərəfimizdən cavablandırılması qeyri-mümkündür".

Qeyd edək ki, bir müddət öncə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov özlərinin yeni Feysbuk hesablarını istifadəyə vermişdilər.

Tarix
2014.02.08 / 17:55
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla